"Azərbaycanda maşın bazarı çökəcək..." - SƏBƏBLƏR AÇIQLANDI

"Azərbaycanda maşın bazarı çökəcək..." - SƏBƏBLƏR AÇIQLANDISon günlərdə sosial mediada ən çox haqqında danışılan mövzulardan biri də hibrid maşınlarının ölkəyə gətirilməsi ilə bağlıdır. Bunun isə bir neçə səbəbinin olduğu bildirilir.

"Azərbaycanda hibrid avtomobillərinin sayının artması üçün gömrük rüsumları kəskin şəkildə endirilməlidir".

Sonxeber.az xəbər verir ki, bu sözləri avtomobil eksperti Elməddin Muradlı Lent.az -a açıqlamasında bildirib.

Ekspert onu da vurğulayır ki, son illər Azərbaycanın avtomobil idxalında əsas yeri nisbətən ekoloji təmiz, hibrid avtomobilləri tutur. Bəs əhali nəyə görə hibrid və ya elektromobilləri dizel və benzin avtomobillərindən üstün tutulur?

Həmsöhbətimiz bu üstünlükləri belə sıralayır:

"Azərbaycanda artıq bir neçə ildir ki, hibrid avtomobillər istifadə olunur. Ən çox yayılanı da Honda və Toyotanın modeləridir. Bazarda çox satılır, sürücülər də bu modeldən razıdır. Bu avtomobillər həm ekologiyanın təmizliyi, həm də maliyyə cəhətdən sərf edir. Dövlət bu avtomobillərin sayının artması üçün stimul verici tədbirlər görməlidir. Məsələn, ölkə başçısı ötən il dekabrın 27-də yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı imzalayıb. O proqramda ekoloji təmiz avtomobillərin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər görülməsi barədə tapşırıqlar verilib".

"Gömrük rüsumları kəllə-çarxdadır"

Ekologiyanı qorumaq üçün hibrid maşınlara keçməyi məsləhət görən ekspert, gömrük rüsumlarının baha olmasından danışıb:

"Stimullaşdırıcı deyəndə rəsmi şəxslərin idxalçını görüşə çağırıb bir dəstə gül, yaxud çay verməli deyil. Həm gömrük, həm də vergi rüsumları ilə bağlı bir layihə işləyib ortaya qoyulmalıdır. Məsələn, İran və Gürcüstanda hibrid avtomobillərə elə rüsum qoyublar ki, maşın alan şəxs ilk növbədə hibrid barədə düşünür. Belə ki, bu ölkələrdə dizel yaxud benzin avtomobilini 10 minə alıb 10 min də rüsum ödənilirsə, hibrid avtomobilinin rüsumu üçün sadəcə 3 min ödəyirlər. Gürcüstan işığı, qazı, nefti, pulu bizdən alır. Amma biz avtomobil sarıdan onlardan asılı vəziyyətdəyik. Yəni Gürcüstanda fəlakət olsa, Azərbaycanda avtomobil bazarı çökəcək. Təsəvvür edirsinizmi, il ərzində maşın alınması üçün milyardlarla manat Azərbaycandan Gürcüstana axır. Bu bazarı vaxtında Azərbaycanda da yaratmaq olardı. Amma mövcud qanunvericilik buna imkan vermədi. İstəyirik ki, ətraf mühiti, ekologiyanı qoruyaq. Ancaq gömrük rüsumları kəllə-çarxdadır. Hazırda 100 min manatlıq avtomobil üçün gömrükdə 15 min manat rüsum ödənilir. Bu nəyə lazımdır? Kimə lazımdır? Nə vaxt ki, insanlara güzəştlər tətbiq olunacaqsa o zaman da hibrid avtomobillərin sayı artacaq".

Elməddin Muradlı havanın çirklənməsində yerli istehsal olan dizel və benzin amilindən də danışıb. O, Azərbaycanda istehsal olunan dizel yaxud benzinin "Avro-4" standartlarına uyğun olmadığını bildirib: "Çirklənmənin əsas səbəbi də istehsal etdiyimiz benzin və dizeldir. Görün nə vəziyyətdədir ki, artıq Gürcüstan gələn ildən Azərbaycandan dizel alışını dayandırır. Artıq Azərbaycan neçə ildir ki, "Avro-4" standartlarına keçib, idxal olunan avtomobillərin "Avro-4" olması şərt qoyulub. Ancaq heç istehsal etdiyimiz dizel "Avro-4"ə cavab vermir. Sirr deyil ki, həm də dünyada yanacaq mafiyası hibridlərin, elektromobillərin sürətlə yayılmasının qarşısını alırlar. Düşünürəm ki, Azərbaycanda əhaliyə güzəştlər yaradılmalı, seçim etməyə imkan verilməlidir".

Qeyd edək ki, artıq bir neçə Avropa dövləti dizel mühərrikli maşınların istifadəsinə qadağa qoyub. Bu da təbii ki, sağlam ekologiyaya sahib olmaq məqsədi daşıyır. Bu proses Azərbaycanda da ölkə başçısının hələ 2017-ci ildə verdiyi tapşırıqda öz əksini tapıb. Ancaq ekspertin də sözlərindən məlum olduğu kimi, həmin maşınların idxalı üçün insanlara hər hansı güzəştlər, imkanlar yaradılmayıb. İnanırıq ki, Nazirlər Kabineti ekologiyamızın təmizliyi naminə lüzum daşıyan hibrid və elektromobillərin idxalı üçün lazımi tədbirlər görəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6253   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel