Giriş qadağandır! - Xaricdə avtomobil sıxlığı ilə necə mübarizə aparılır?

Giriş qadağandır! - Xaricdə avtomobil sıxlığı ilə necə mübarizə aparılır?Meqapolis hakimiyyətləri avtomobillərə müharibə elan edib və onları radikal üsullarla sıradan çıxarmaq istəyir. Belə bir təcrübə nə qədər effektivdir?

Sonxeber.az "Qafqazinfo"-ya istinadən sizə ayrı-ayrı ölkələrin sözügedən problemlə bağlı atdığı addımları təqdim edir:

Çində avtomobil sahibi olmaq getdikcə imtiyaz sayılmır. Daxili bazarda hər il 20 milyondan çox avtomobil satılır və bu rəqəmin gələcək 10 il ərzində iki dəfə artmaq perspektivi də var. Təbii ki, şəhərlərin infrastrukturu avtomobilləşmə ilə ayaqlaşa bilmir və Çinin çoxmilyonluq şəhərlərindəki tıxaclar artıq dünya rekordları qırır. Onlarla bərabər küçələri tüstü boğur. Təəccüblü deyil ki, hakimiyyət radikal ölçülərə əl atıb.
Maşın almaq - bu, lotereyadır

"Əvvəlcə maşınların mərkəzə daxil olmasına dair qadağalar tətbiq edilir. Məsələn, Çində digər əyalət sakinləri Şanxaydan yalnız sürətli magistrallardan istifadə edərək keçə bilər. Yaşayış rayonlarına digər şəhərlərdən gələn maşınlar daxil ola bilmir", - avtomobil eskperti Aleksandr Pikulenko danışır. - Şanxay və ya Pekinin sakinləri üçün isə digər şəhərlərlə bağlı qadağalar tətbiq edilib.

Şərti olaraq, əgər nömrənin sonuncu rəqəmi cüt deyilsə, maşın şəhərdə çərşənbə axşamı, cümə axşamı və ya şənbə günü görünə bilməz. Əgər sonuncu rəqəm cüt rəqəmdirsə, qadağa bazar ertəsi, çərşənbə və cümə gününə tətbiq edilir".

Bu cür üsullar 2008-ci ildə Çində keçirilən Olimpiada zamanı tətbiq edilmişdi, amma sonradan daimi qaldı, həmçinin, digər meqapolislərdə də.

Analoji üsul tək Çində deyil, həm də Monqolustan, Yunanıstan və digər ölkələrdə də tətbiq edilir. Təbii ki, insanlar qadağadan yan keçmək istəyirdilər. Bir çox sakinlər ikinci maşın alır və ondan bir gündən bir istifadə edirmiş. Eyni hal Afina da təkrarlandı. Orada şəhər sakinlərinin 44%-i iki avtomobilə, 17%-i isə üç avtomobilə sahibdir. Bu mənzərə Monqolustanda da müşahidə olunur.

Çin hakimiyyəti bu kələyə özünəməxsus şəkildə reaksiya verdi və meqapolis sakinlərinin avtomobil almalarını məhdudlaşdırmağa başladı. "Orada qeydiyyat nişanı almaq üçün lotereya keçirilir", - avtomobil eksperti İqor Morjaretto danışır. - Kiçik rüsum ödənilir və il ərzində tablo oynanılır. Əgər bəxtin gətirsə, ondan sonra maşın ala bilərsən".

Avtomobillərdən "boğulan" Sinqapurda daha kəskin addımlar atılır. Orada maşın almaq üçün kvotalarla ticarət aparılır. Orta qiymət təxminən 8000 dollara yaxındır. Üstəlik, Sinqapurda maşınların idxalına yüksək rüsum tətbiq edilir - bu, şəxsi nəqliyyat üçün idxal edilən avtomobilin qiymətinin 41%-ni təşkil edir. Bundan əlavə, onu qeydiyyata salmaq üçün avtomobilin bazar qiymətindən 140% məbləğində vergi ödəmək lazımdır. Ona görə də balaca ölkədə şəxsi nəqliyyata sahib olmaq çox baha başa gəlir. Hər kəs motosiklet və ya mopedlərdən istifadə edir.

Ekoloji rayonlar

Avtomobillərlə mübarizədə ən maraqlı Avropa üsullarından biri Londonda tətbiq edilir. Orada tarixi mərkəzə giriş ödənişlidir və təxminən 8 funt sterlinq təşkil edir. Üstəlik, pik saatlarda qiymət qalxır. Bundan əlavə, mərkəzə girişdə işıqforlar qat-qat kiçik vaxt kəsiyi ilə çalışır, nəinki çıxış üçün. Nəticədə minik avtomobilləri üçün mərkəzə düşmək oradan çıxmaqdan daha çətin olur. Orada avtomobillər üçün parkinq də yoxdur.

Bundan əlavə, şəhərin bəzi rayonlarının ekoloji məhdudiyyətləri də var. Belə ki, "çirkli maşın" sahibləri girişdə gündəlik 12 funt sterlinqlərindən keçməli olur. Ödənişsiz yalnız elektromobillər daxil ola bilər.

Elektromobillər trendi Asiya ölkələrində də var. Çində "yaşıl" avtomobil və yaşıl nömrə alan vətəndaşlara bölgə nömrə nişanları ilə belə şəhərə girmək icazəsi verilir. Monqolustan da bu cür icazə tətbiq edilib.

Vətəndaşlar əsasən Yaponiyadan istifadə olunmuş hibrid avtomobillər alır. Elektromühərriklə akkumlyator çıxarılır və onlar modernləşdirilmiş "Prius"larda gəzir.

İctimai nəqliyyat

Lakin maşını şəhərə sadəcə buraxmamaq - çıxış yolu deyil. Vətəndaşlara alternativ nəqliyyat vermək lazımdır. Fransanın Bordo hakimiyyəti şəhərin ekoloji təmiz mərkəzinə giriş qadağası ilə bərabər, parkinqlərdə sürücülərə pulsuz tramvay bileti verir. Tramvay xətlərinin genişləndirilməsi minik avtomobillərinin sayını 5-7% aşağı salmağa imkan yaradıb. Pulsuz tramvay Tallin və İspaniyanın Sevilya şəhərlərində də var.

"Moskvada ödənişli parkinqlərin istifadəyə verilməsi və dayanmaq üçün nəzərdə tutulan yerlərin azaldılması sayəsində avtomobil sayının 1,5-2% azalması müşahidə olunur", - Aleksandr Pikulenko davam edir. - Mərkəz sakinləri karşerinqə keçir və eyni zamanda, taksilərin sayı artır. Hazırda onların sayı 40 minə yaxındır və əlavə 30 min karşerinq avtomobilinin xətdə buraxılması ilə paytaxt mərkəzinin sakinlərinin avtomobil ehtiyacları ödəniləcək".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4906   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin vacib danışıqlara hazırlaşdığını bildirib. "Report"un məlumatına görə, o, bu barədə teleqram kanalında yazıb. "Vacib danışıqlara hazırlaşırıq, hələlik ictimai detallar olmadan", - o qeyd edib. Zelenskinin sözlərinə görə, xüsusi iclasd

31 may
.

Madonna Con Kennedini ən yaxşı sevgilisi adlandırdı

67 yaşlı Madonna Con Kennedini ölən kişilər arasında ən yaxşı sevgili adlandırıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu etiraf onun qarşıdan gələn 15-ci studiya albomu olan "Confessions II"nin tanıtım kampaniyasının bir hissəsi olaraq edilib. Ulduz media platforması üçün video viktorinad

31 may
.

Günəş əslində sarı deyil: Həqiqi rəngi görmək üçün atmosferdən çıxmaq lazımdır

Yer üzündən hər gün sarı disk kimi gördüyümüz Günəş əslində kosmosda tamamilə fərqli görünür - ağ rəngdə. Bu nəticə işığın fizikası ilə bağlı izahlara əsaslanır və göstərir ki, bizə tanış olan rəng ulduzun öz xüsusiyyəti deyil, Yer atmosferinin təsirinin nəticəsidir. Qaynarinfo xəbər verir ki, bu barəd

1 iyun
.

Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir

ABŞ-nin zəngin müttəfiqi olan ölkələr Vaşinqtonun dəstəyinə güvənmək əvəzinə, müdafiə xərclərini müstəqil şəkildə qarşılamalıdırlar. "Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışınd

31 may
.

Türkiyədə zəlzələ: Kahramanmaraş silkələndi

Türkiyədə Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerin təqribən 12 kilometr dərinliyində, yerli vaxtla saat 13:12-də meydana gəlib. Təbii fəlakət nəticəsində hə

3 iyun
.

Yutuber üç aya pişiklər üçün basketbol arenası tikib

"YouTube" platformasında fəaliyyət göstərən Sin Çjiley yutuber öz kanalının növbəti layihəsini təqdim edib: o, uydurma "Cat Town" (Pişik şəhəri) üçün tam funksional basketbol arenası tikib. xəbər verir ki, bu barədə yazıb. Bu, artıq kanalın dördüncü böyük layihəsidir. Bundan əvvə

31 may
.

ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI

ABŞ Hərb Nazirliyi Yaxın Şərqdə müharibə zamanı ziyan dəymiş bəzi hərbi bazalardan qoşunların çıxarılması ehtimalını istisna etmir. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə söhbətində bildirib. "Qərarı preziden

31 may
.

Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı "Sərhədsiz Həkimlər" tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales edib. Bu barədə BBC-nin məlumatında bildirilib. Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunu

31 may
.

SEPAH: ABŞ-nin MQ1 pilotsuz uçuş aparatını vurmuşuq

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun MQ1 pilotsuz uçuş aparatını (PUA) vurub. "Report" xəbər verir ki, bu barədə məlumat SEPAH-ın "Telegram" kanalında yayılıb. "Bu gün səhər tezdən ABŞ ordusunun bir MQ1 PUA-sı İranın ərazi sularına daxil olaraq əməliyyat keçirmə

31 may