Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Ermənistana ciddi mesaj verib - RƏYLƏR

Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Ermənistana ciddi mesaj verib - RƏYLƏR"Ermənilərin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna dünyanın heç bir yerində şübhə etmirlər. Bu məsələ BMT Təhlükəsizlik Şurasının, ayrı-ayrı beynəlxalq təşkilatların qərarlarında əksini tapıb. Ermənistanın indiki rəhbəri Nikol Paşinyan da təxribatçı çıxışlar etməkdə davam edir. Bir neçə gün öncə, Paşinyan "Qarabağ Ermənistanındır. Nöqtə" ifadəsi işlətmişdi. Bunun cavabını Prezident İlham Əliyev beynəlxalq tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə ən yüksək səviyyədə verdi".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə

"Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal edilən torpaqlarını azad etmək əzmindədir".

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yalan bəyanatını bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti beynəlxalq tədbirdə - "Valday" Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdi: "Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Prezident İlham Əliyev xalqın mövqeyini yüksək tribunadan bəyan etdi. Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal edilən torpaqlarını azad etmək əzmindədir, bunun üçün bütün imkanlardan istifadə edir. Ermənistanın baş naziri cavabını alıb. Ümumiyyətlə, Ermənistan vaxtaşırı Azərbaycandan cavabını alır. Azərbaycanın dövlət kimi möhkəmlənir, iqtisadiyyatı inkişaf edir, beynəlxalq aləmdə siyasi nüfuzu artır, regional iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bunun əvəzində Ermənistan ortaya nə qoya bilir? Ermənistan zəifləyib, sosial vəziyyət ağırlaşıb, əhali ölkəni tərk edir. Bundan başqa, Ermənistan regional layihələrdən də kənarda qalıb. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gücünü və əzmini ortaya qoyur".

Milli Məclisin deputatı Cavid Osmanov "Report"a açıqlamasında deyib ki, Prezident İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bir sıra önəmli məsələlərə toxunub.

Milli Məclisin deputatı Cavid Osmanov

"Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi dünyaya mesajdır".

"Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Rusiya Azərbaycan üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Dövlət başçısı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirdi. Prezident Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlarına cavab verdi. Xatırlayırsınızsa, Paşinyan bir neçə gün əvvəl Qarabağda – Xankəndidə "Qarabağ Ermənistanındır. Nöqtə" sərsəm fikir səsləndirmişdi. Ermənistan son zamanlar cəbhə xəttində təxribatlar da törədir. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə geniş vaxt ayırdı. Dövlət başçısı Paşinyanın bəyanatını yalan adlandıraraq, ciddi mesaj verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Bu mesaj hər bir azərbaycanlını qürurlandırır. Bu, həm də dünyaya mesajdır. Bütün dünya bilməlidir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan tərəfindən işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarına məhəl qoyulmur, bu torpaqlar Azərbaycanındır. Prezidentin bu mesajı məhz beynəlxalq tədbirdə verməsi çox ciddidir. Dünya dövlətləri görür ki, Ermənistan münaqişənin həll üçün sülh prosesinə əngəl olur. Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində Ermənistan çalışacaq ki, danışıqlar masasına otursun. Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu var, istənilən an torpaqları işğaldan azad etməyə qadirdir" – C.Osmanov vurğulayıb.

Deputat Elman Nəsirov

"Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrini səsləndirməklə Paşinyanın cəfəng bəyanatlarının üstündən xətt çəkdi".

Deputat Elman Nəsirov da "Report"a açıqlamasında Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib: "Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak etdiyi "Valday" Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni diqqət mərkəzində saxladı. Prezident vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə indiyə qədər işləmir, baxmayaraq Təhlükəsizlik Şurasının ayrı-ayrı vaxtlarda qəbul etdiyi sənədlər bir gün sonra icra olunur. Bir çox hallarda isə qətnamə olmadan belə addımlar atılır. Azərbaycanla bağlı isə selektiv yanaşma var. Bu da qəbuledilməzdir, təşkilatın imicini aşağı salır. Dövlət başçısı çıxışında vurğuladı ki, 1921-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul edilib. Yəni Qarabağın Azərbaycanın tərkibinə verilməsi ilə deyil, Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul olunub. Bu, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki ermənilər bunun əksini sübut etmək istəyirlər. Faktiki ortada sənəd var. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında elə ifadələr işlədir ki, bu ifadələr heç bir halda qəbul edilə bilməz. Məsələn, Paşinyan "Azərbaycan xalqı", "erməni xalqı", "Dağlıq Qarabağ xalqı" ifadələr işlədir. Faktiki Dağlıq Qarabağ xalqı yoxdur, əhalisi var, həmin əhali də Azərbaycan və erməni icmalarından ibarətdir. "Dağlıq Qarabağ xalqı" kökündən yanlışdır və qəbuledilməzdir. Prezident İlham Əliyev Paşinyanın "Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə" ifadəsinin yalan, həqiqətdən uzaq olduğunu bildirdi, Qarabağın tarixi və hüquqi Azərbaycan torpağı olduğunu qeyd etdi. Ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb, bundan sonra da olmayacaq. Ali Baş Komandan son dərəcə rezonansa səbəb ola biləcək fikir söylədi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Bununla da Paşinyanın cəfəng bəyanatlarının, populist yanaşmasının üstündən xətt çəkildi. Prezident münaqişənin həlli ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi".

Parlament üzvü qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz, prinsipial mövqeyi var: "Bu mövqe ən yüksək tribunalardan ifadə olunur. "Qarabağ" - "Düdelanj" matçında separatçı rejimə məxsus "bayraq" texniki vasitələrlə meydana gətirildi. Bundan sonra Azərbaycan futbolçuları oyunun dayandırılmasını tələb etdi və oyun dayandırıldı. Bu göstərir ki, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən sonra Ermənistan növbəti təxribata əl atdı. Bunu bütün dünya gördü. Bu hadisə ATƏT-in Minsk Qrupu üçün növbəti siqnal olmalıdır ki, bu qədər təxribatların qarşısında Ermənistana təzyiq göstərilməzsə, deməli, hadisələr ən mürəkkəb, gözlənilməz ssenari ilə inkişaf edə bilər. 2016-cı ilin aprelində baş verən döyüşlər ciddi dərs olmalıdır. Doğrudan da, ciddi ölçü götürülməzsə, o zaman Cənubi Qafqazda hərbi əməliyyatların başlaması labüd görünür. Belə olan halda, bütün məsuliyyət Ermənistanın və beynəlxalq təşkilatların üzərinə düşəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1418   Tarix: 04 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may
.

Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdə

4 may
.

Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bi

5 may
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

5 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Jukov: "Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək"

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişa

4 may