BNA-ya "Allah bəlanızı versin!" deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırılıb? - AÇIQLAMA

BNA-ya "Allah bəlanızı versin!" deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırılıb? - AÇIQLAMAAparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır. Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:

"Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!".

Sonxeber.az criminal.az-a istinadən xəbər verir ki, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb. Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi:

"Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…".

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib:

"Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adı çəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla... Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub".

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1657   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AYNA məhkəməyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verilib. -ın xəbərinə görə, qurumlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti "R group Azerbaijan" şirkəti edib. Mahiyyət

29 aprel
.

Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Bu barədə -

29 aprel
.

İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzları", deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəli

28 aprel
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29 aprel
.

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz (VİDEO)

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər. Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər. Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə. Nəqliyyat məsələləri üzrə eksper

29 aprel
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

29 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı

Güləş üzrə U-17 Azərbaycan çempionatında qızıl medal qazandıqdan sonra sosial şəbəkələrdə anasına kövrələrək təşəkkürü ilə gündəm olan Hacıhüseyn Əhmədzadə açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, "Xəzər TV"yə danışan idmançı həmin anları şərh edib. O, güləşdə uğur qazanmasınd

29 aprel
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29 aprel