Şamil Ayrım: "Dövlət başçısı İlham Əliyevin kadr islahatları uğurlu və alqışa layiqdır" - FOTO

Şamil Ayrım: "Dövlət başçısı İlham Əliyevin kadr islahatları uğurlu və alqışa layiqdır" - FOTO"Dövlət başçısı İlham Əliyevin ölkədə apardığı kadr islahatları çox uğurlu və alqışa layiqdır".

Bu sözləri "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Azərbaycan əsilli deputat bildirib ki, gənclərin ölkənin idarə olunmasında aparıcı qüvvəyə çevrilməsi Azərbaycanın son illər dünyanın lider dövlətləri ilə rəqabət aparmasına əyani sübutdur.

Deputatın sözlərinə görə, ümumilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu çağdaş Azərbaycanın bu gün bütün sahələrdə inkişaf etməsi prezident İlham Əliyevin reallaşdırdığı uğurlu kadr islahatlarından xəbər verir: "Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 1993-cü ildən, 2003-cü ilə qədər hakimiyyətdə olduğu illərdə ölkədə reallaşdırdığı sabitlik həmin dövrlər çevrəsindəki sağlam insanlar sayəsində olub. Həmin illərdə onunla çiyin-çiyinə çalışan insanların əməyini unutmamaq lazımdır.

Ancaq 2003-cü il İlham Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra ölkədə çox irəliləyişlər baş verdi. Azərbaycan iqtisadi baxımdan ciddi bir inkişaf qət etdi. Prezident İlham Əliyev son bir ildə həyata keçirdiyi islahatlarla ölkə üçün əhəmiyyətli vəzifələrə təyin etdiyi şəxslərin potensialı onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də, dünyanı bilən, tanıyan gənc və möhkəm kadrlarla yoluna davam edir. Azərbaycanın savadlı, təhsilli gənclərlə yoluna davam etməsi ölkənin rifahı baxımından çox əhəmiyyətlidir".

Şamil Ayrım qeyd edib ki, Azərbaycan Qafqaz regionunda əhəmiyyətli ərazidə yerləşir: "Şəxsən mən prezident İlham Əliyevin yeni təyin etdiyi kadrlardan bir neçəsi ilə yaxından tanış oldum. Fevralda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq Türkiyədən bir qrup millət vəkilləri ilə Azərbaycana gedəndə yeni təyin olunan bir neçə nazirlə görüşüb söhbətləşdim. Onların hər birinin çox uğurlu kadr olduğunu əminliklə deyə bilərəm.

Azərbaycanın bundan sonra da, çox uğurlu yolda irərliləyəcəyini düşünürəm. Azərbaycan sağlam və sabit bir şəkildə yoluna davam edir və ölkənin bu uğurlu yolda çox böyük nailiyyətlərə imza atacağını düşünürəm".

Şamil Ayrım: "Dövlət başçısı İlham Əliyevin kadr islahatları uğurlu və alqışa layiqdır" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 924   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel