Zelenski Putinə etdiyi zənglərdən danışdı

Zelenski Putinə etdiyi zənglərdən danışdıUkrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı keçirib. Sonxeber.az-ın məlumatına əsasən, Kiyevdə keçirilən mətbuat konfransında Zelenski Rusiya prezidenti Vladimir Putinə etdiyi zənglərdən danışıb. O, qeyd edib ki, bu zənglərlə iki ölkə arasında münasibətləri normallaşdırmağa çalışıb.
"Bütün zəngləri mən etmişəm. Buna görə də başımdan tacım düşməz, şükür Allaha ki, tacım da yoxdur. Hər şeydən əvvəl müharibəni başa çatdırmaq istəyirəm və düşünürəm ki, tərəfimizdən edilən ilk addım bu olmalıdır", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Putin və Zelenski bir neçə dəfə sonuncunun təşəbbüsü ilə danışıblar.

Dünyada   Baxılıb: 1320   Tarix: 11 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR