Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"Sonxeber.az-ın 2 saylı Bakı "ASAN xidmət" Mərkəzində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi ilə müsahibəsi.
- ASAN xidmətin vətəndaşların xidmətlərinin asan qarşılanmasında əhəmiyyəti məlumdur. Nikahların bağlanmasını da bura daxil edə bilərik. Nikahların bağlanmasında üzərinizə nə qədər yük düşür və nə dərəcədə öhdəsindən gəlirsiniz?
- Hazırda dövlətimizim qarşımıza qoyduğu əsas tələblərdən biri vətəndaş məmnunluğudur. Bununda baris nümunəsi ölkə başçımızın təşəbüsü ilə yaradılmış və Azərbaycanın brendinə çevirilmiş "ASAN xidmət" mərkəzlərini misal gətirmək olar. Fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Gün ərzində 200-250 vətəndaş bizim şöbəmizə müraciət edir. Müraciətlərin əksəriyyəti nikahın bağlanması ilə bağlıdır. Nikahın qeydə alınmasından başqa, bizim şöbəyə vətəndaşlar doğumun qeydə alınması, atalığın müəyyən edilməsi, nikahın pozulması, ölümün qeydə alınması, təkrar şəhadətnamələrin və arayışların verilməsi və adın, ata adının və soyadın dəyişdirilməsi kimi əməliyyatların qeydə alınması üçün də müraciət edirlər. 2 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi olaraq 6 ildir fəaliyyət göstəririk və bu illər ərzində kifayət qədər nikah dövlət qeydiyyatına alınıb.

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"- Nikah harada və necə qeydə alına bilər?
- Öncə qeyd edim ki, ölkəmizdə nikahın bağlanması eləcə də ərlə-arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nikahın pozulması, qeydiyyata alma kimi prosedurlar respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, "ASAN xidmət"mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şəxsən yazılı ərizə verirlər.
-Nikaha daxil olmaq istəyən şəxslər hansı zəruri sənədləri təqdim etməlidirlər?
- Nikaha daxil olmaq istəyən şəxslər gəlib bizə müraciət edərkən tələb olunan sənədlərin siyahısını veririk. Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizə ilə yanaşı nigaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, yəni şəxsiyyət vəsiqələrini tələb edirik. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmələri barədə arayış, əvvəllər nikahda olmuş şəxslər nigahın pozulması haqqında şəhadətnaməsini (surətini) və ərinin (arvadının) ölüm şəhadətnaməsini ( surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər. Əgər nikaha daxil olmaq istəyən şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə ailə qurmaq istəyirsə, o zaman əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış tələb edirik.

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"- Nikaha daxil olmaq üçün hansı səbəb nikaha maneə yarada bilər və yaxud da, nikahın gerçəkləşməsi üçün hansı şərtlər vacibdir?
-Qanunveriçilikdə qeyd olunub ki, yaxın qohumlar (valideynlər və uşaqlar,baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər nikaha girə bilməzlər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

-Deyirlər könül sevən göyçək olar, bu sözün ailə-nikah məsələsinə nə qədər aidiyyatı var? Bizim qızlarımızın çoxu bu prinsipi əsas tutub xarici vətəndaşlarla ailə qururlar. Necə münasibət bəsləyirsiniz və bunu nə ilə əlaqələndirirsiniz? Bəzi mütəxəssislər bunu iqtisadi cəhətdən dəyərləndirirlər.
- Hər bir vətəndaşın fikri, arzusu azaddır. Belə düşünürəm ki, təhsil almaq ilə əlaqədar bizim neçə-neçə gənclərimiz xarici öklələrə gedir. Təbii ki, orda tanışlıq olur, könül sevir məsələsi... və sevgi olandan sonra mənə elə gəlir ki, artıq milli və dini mənsubiyətin fərqi olmur. Ailə Məcəlləsində də bu məsələ öz təstiqini tapmışdır. Belə ki, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi,milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Əlavə olaraq onuda bildirim ki, əksər gənclərimiz elə bizim həmvətənlərimizlə ailə qurur sadəcə vətəndaşlığı digər ölkəyə aiddir.

-Nikahda nə qədər əhəmiyyəti var sevginin Sizcə? Maraqlıdır, təxmini neçə faiz olar?
- Deyə bilərəm ki, nikahda sevgi , qarşılıqlı hörmətin və məsuliyyətin rolu 100 faizdir. Düşünürəm ki, hər kəs danışıqları, şüuru, düşüncələri üst-üstə düşən, özünə uyğun həyat yoldaşı seçməlidir ki, onunla maraqlı olsun, söhbəti uyğunlaşsın .Sağlam evlilikdə sevgi olmalıdır. Bu zaman cütlüklər bir-birinə qarşı məsuliyyət daşıdıqlarının fərqində olurlar. Sevgi bir müddət keçdikdən sonra yerini daha davamlı və sağlam olan məhəbbətə verir. Evlilikdə fırtınalar da ola bilər, gözəl günlər də. Həyat yoldaşı olaraq məsuliyyətlərini yerinə yetirdiyi evliliklər sağlam formada davam edir. Vacib olan məntiq və ya sevgi üzərində deyil, həqiqi və sağlam evliliyə imza atmaqdır.
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olanlar hansı sənədləri təqdim etməlidirlər?
- Əgər nigaha daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan vətəndaşdırsa, həmin şəxslərin yaşadığı ölkənin səlahiyyətli orqanından onun ailə vəziyyəti haqqında arayış tələb edirik. Bu da o halda tələb olunur ki, onların şəxsiyyətini təsdiq edənsənəddə həmin ailə vəziyyəti barədə qeyd yoxdur. Qeyd varsa biz onu tələb etmirik. Bu arayış altı ay müddətində etibarlıdır. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, Azərbaycan Respublikasının ərazisində nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə və Azərbaycan Respublikasının qanunvericiliyindəki tələbləri əməl olunmaqla müəyyən edilir.
- Nikahın pozulması ilə bağlı Sizə olan müraciətlərdə əsas hansı səbəblər göstərilir?
- Göstərilən səbəblərdə xasiyyətlərin tutmadığına görə,uşaqların olmadığı, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, sərxoşluq kimi səbəblər göstərilir. Ədliyyə Nazirliyi tərəfindən pilot lahiyyəsi çərçivəsində psixoloqlar təyin edilib. Məqsəd boşanma ərəfəsində olan vətəndaşlara dəstək olmaqdır. Biz həmin vətəndaşları psixoloqlarla görüşdürürük, onlarla dəfələrlə söhbətlər aparılır. Butun Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, həmçinin "Asan xidmət" mərkəzinin qeydiyyat şöbələrində psixoloqlar cəlb olunub. Vətəndaşın uyğun vaxtında onları dəvət edib, gün təyin edib, onlarla söhbət aparırıq. Bu il ərzində məhz psixoloqlarla danışmanın nəticəsində neçə cütlüyün barışmasına nail olmuşuq. Barışandan sonra gəlib bizə təşəkkür edənlər olur və bu hal bizi çox sevindirir.

- Nikaha daxil olan şəxslərin tibbi müayinələrdən keçməsi necə baş verir?
- Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında"Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində san xidmət mərkəzlərində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfndən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Qeydiyyat şöbələrinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Qeyd etmək istəyirəm ki, Qanunvericilikdə bununla bağlı olan dəyişiklik gələcəkdə başverə bilən bir çox fəsadların qarşısını alır. Belə ki, evlənən cütlüklər bir-birinin sağlamlığı barəsində məlumat əldə edir. Bununla da gələcəkdə xəstə uşaqların doğulmasının qarşısı alınır.

- Sizcə müasir gəlin necə olmalıdır?
- Müasir gəlin ik növbədə savadlı olmalıdır. Çünki, savadı olmasa, o ailəni necə idarə edəcək? Düşünürəm ki, onun dünyagörüşü olmasa, o necə uşaqlarını böyüdəcək və yaxud da düşdüyü situasiyada, hər hansı bir problemlə üzləşəndə ailədə ondan çıxış yolunu necə tapacaq? Qız və ya oğlan olsun fərq etmir, valideyn hər ikisinidə təhsilə yönəltməlidir. Düşünürəm ki, uşaqlar bu savadın sayəsində vaxtı gəldikdə artıq seçimi də edəndə düzgün edərlər.
- Nikahın təntənəli keçirilməsinə münasibətiniz?
- Nikahın qeydiyyatı günü təyin edilərkən Qeydiyyat şöbəsi, ilk olaraq nikaha daxil olanların nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını aydınlaşdırır. Nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olduqlarını bildirdikdə Qeydiyyat şöbəsi bunun üçün şərait yaradır. Hazırda Qeydiyyat şöbələrində həmçinin "Asan xidmət" mərkəzlərinin qeydiyyat şöbələrində və eləcə də Səadət Sarayında çox gözəl şərait yardılmışdır. Amma bilirsiniz ki, qeydiyyat şöbəsindən kənarda da nikah baş tuta bilər. Bu da şəxslərin öz istəyi ilə bağlıdır. Əksər cütlüklər bunu toy vaxtı arzu edir. Bəziləri isə toya bir neçə gün qalmış gözəl məkanların birində bu özəl günü ayrıca qeyd edirlər.
- Elə gəlinlər olur ki, toyda 3 gəlinlik dəyişir. Toyda xoşlamadığınız toy ənənələri nələrdir?
- Düzü mən o hal ilə qarşılaşmamışam. İki libasın dəyişməsini görmüşəm, amma üçünün deyil. Biz buna nə deyə bilərik? Hər kəs öz arzusuna uyğun olaraq hərəkət edir, təki xöşbəxt olsunlar. Məncə gəlin toy salonuna ağır əl işləri ilə bəzədilmiş bir libasda daxil olur və bilirsiz saat 10, 11- dən sonra daha gənc təbəqə şənlənmək üçün qalır,bu zaman paltar gəlinə ağırlıq edir. Buna görə də onu daha yüngül paltarla əvəzləyir.
- Ər və arvadın soyad seçmək hüququ məsələsinə toxunmaq istərdim.
- Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər- arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Nikah pozulduqda ər(arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdirlər.
-Ailə quran gənclərə arzularınız və tövsiyyələriniz nədir ?Nikah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqlarınhüquqları pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır.Nikahın bağlanması ilə kişi və qadınların üzərinə mühüm vəzifələr qoyur. Gənclər yeni ər-arvadlıq münasibətinə daxil olurlar. Şəxsi həyatlarının dəyişilməsi ilə bərabər onlarınictimai rolu, hüquqi vəziyyəti yeni vəziyyət alır. Əgər onlar məhəbbət və dostluq illərində öz münasibətlərini yalnız qəlblərinin hökmü ilə qururdularsa, indi bu münasibətləri ailə qanunvericiliyinin tələblərinə tabe etdirməli olurlar. Bütün bunları qeyd etmək ilə yanaşı nikaha daxil olan şəxsləri təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayıram.

Müsahibə üçün təşəkkür edirik!

Şəlalə Babayeva
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: "Ailədə sevgi və qarşılıqlı hörmətin rolu 100 faizdir"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4037   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021