Həcc ziyarətinə gedən insan özünü "hacı" adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI

Həcc ziyarətinə gedən insan özünü "hacı" adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASIKeçmiş zamanlarda ziyarətə gedən insan sakitcə karvana qoşular, aylarla yol gedər, həcc ibadətini icra edib elə həmin qaydada da el-obasına dönərmiş. İllər keçdikcə texnologiya inkişaf etdi, təyyarələr icad olundu, qət etdiyimiz yollar bizə asanlaşdı. Sanki yollar yaxınlaşdıqca hər bir səfərin ağırlığı da azaldı, adiləşdi. Bəzi insanlar artıq ziyarətgahlara getməyi dini ayin kimi görmür, titul qazanmaq niyyəti güdür. Bəs dində bu məsələ necədir? Həqiqətənmi, Həcc ziyarətinə gedən insan "hacı" adını özünə götürə bilərmi?
"Ölkə.Az" olaraq məsələ ilə bağlı tanınmış ilahiyyatçılarara müraciət etdik.

İlahiyyatçı Hacı Şahin Həsənlinin fikrincə, ziyarətə gedən insan bu addan hörmət əlaməti olaraq istifadə edə bilər.

"Dinimizdə belə bir hökm yoxdur ki, Həcc ziyarətinə gedən o adı götürə bilməz. Bu insanların o ziyarət yerlərinə olan hörmətindən irəli gəlir. Təbii ki, bunu imtiyaz kimi də qəbul etmək düzgün deyil. Bu, bir titul deyil. "Quran"da da qeyd olunur ki, bir-birinizi gözəl adlarla çağırın. Ziyarətgahların adlarını götürəndə bu insana daha da artıq məsuliyyət gətirir. Yəni, dinimizdə bununla bağlı bir qadağa yoxdur. Sadəcə, əsrlər boyu insanlar getdikləri müqəddəs torpaqlara hörmət əlaməti olaraq adlarının qarşısına əlavə ediblər. Yenə də bildirirəm ki, burada bir yanlışlıq yoxdur. Sadəcə, bu adları daşıyan insanlar öz davranışlarında daha məsuliyyəli olmalıdırlar ki, getdikləri müqəddəs yerləri hörmətdən salmasınlar".

İlahiyyatçı Elşad Miri isə bu məsələ barədə daha fərqli düşüncədə olduğunu bildirib:

"Dində hacılıq, məşədilik və kərbəlayılıq deyilən bir anlayış yoxdur. Mənim fikrimcə, hər hansı bir insan özünü belə bir titulla adlandırırsa, bu, həmin adamın natamamlıq kompleksinin nəticəsidir. Çünki özünü hər hansı bir formada təqdim edə bilməyən insanlar, özlərini bu cür adlarla hallandırırlar. İndiyə qədər heç eşitmisiniz ki, Hacı Məhəmməd, Hacı imam Əli, Hacı Ömər olsun? Sadəcə olaraq bu gün Azərbaycanda belə bir anlayış var ki, hər hansı bir elmi rütbəsi, vəzifəsi olmayan bəzi insanlar Həccə getdikdən sonra özlərini "hacı" adlandırsınlar.

Mən ziyarətdə olanda orada yaşlı bir kişi vardı. Bir nəfər ona dedi ki, ziyarətə gəlmisən deyə özünü hacı adlandıra bilməzsən, çünki islamda belə titul yoxdur. Bundan sonra o, Allaha belə bir dua etdi: "Ey Allahım, mən bura gəlmişəm ki, hamı mənə hacı desin, indi isə deyirlər ki, bu, yanlışdır. Mən istəyirdim ki, Azərbaycana qayıdanda mənə hacı filankəs desinlər". Yəni bu insanların hacı ləqəbini qazanmaq üçün ziyarətə getməklərinin nəticəsidir, bundan artıq nə gözləyirsiniz".

Əməkdaşımızın "Bildiyimə görə, siz də bir neçə dəfə Həcc ziyarətində olmusunuz, sizə də hacı deyə müraciət edirlərmi?"- sualına Elşad Miri belə cavab verib:

"Xeyr, etmirlər. Mən bir dəfə Həcc, bir neçə dəfə Ümrə ziyarətində olmuşam. Bəzən elə olub ki, valideynlərimə belə demədən gedib, ibadətimi edib qayıtmışam. Mən dünyanın 60-dan çox ölkəsinə səfər etmişəm. Onda belə çıxır ki, mən Tailanda səfər etdiyimə görə, mənə Tailandi Elşad deməlidirlər? Bu nə təfəkkürdü, nə anlayışdı, bu məsələyə necə yanaşmadı, vallah bilmirəm. Mən düşünürəm ki, bu acizliyin nəticəsidir. Amma hacılıq anlayışı fərqli mənada işlənir ki, "Quran"da da adı keçir. Ərəblər bir-birlərini hacı adlandırırlar, bu da yoldaş mənasındadır. Necə ki, kişilər əsgər gedəndə onlara müraciət edərkən əsgər filankəs deyirlər. Bu da belə bir müraciət növüdür. Burada başqa məna axtarmaq lazım deyil.

Bildiyiniz kimi Həcc ziyarətinə kasıblar getmir, imkanı olan şəxslər üçündür. İnsanların çoxu da bu yolla özlərinə haqq qazandırmaq istəyir. Yəni mən hacıyam, etdiyim heç bir şey yanlış deyil. Nə etsə də özünü "Süddən çıxmış ağ qaşıq" kimi günahsız sayır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1313   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021