Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

Metropolitendə cibgirlik edən şəxs saxlanılıbMetropolitendə cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sonxeber.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.

Həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub.

Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11-də iki qadın sərnişinin cibgirlik yolu ilə "Samsung" markalı mobil telefonunu oğurladığı məlum olub.

Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 838   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel