"Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə edib"- Millət vəkili

"Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə edib"- Millət vəkiliBu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Bilirsiniz ki, müstəqiliyimizin ilk illərində ölkəmizdə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətdə olanlar sadəcə öz ciblərini güdür, yüksək vəzifəyə gəlmək üçün çalışırdı. Ordudan söhbət belə gedə bilməzdi. Sadəcə könülülərdən ibarət dəstələr var idi. Təəssüf ki, o könüllü dəstələrin bəziləri məlum şəxslərə tabe idi. Onların göstərişi ilə hərəkət edirdilər. Əlbəttə vətəni və xalqı üçün canından keçən oğul və qızlarımız da az deyildi. Onlar ölkəmizin müstəqilliyi üçün düşünmədən canlarını fəda etdilər".

Deputat vurğulayıb ki, ölkəmizin xilası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
"Ulu Öndər Heydər Əliyev zamanında Bakıya qayıtmasaydı, bu gün dövlətimiz müstəqillik əldə edə bilməzdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər qarşıya çıxan bütün çətinliklərə xalqın xoşbəxt gələcəyi naminə sinə gərdi və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi yaşar və dönməz etdi. Əsil müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin və qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə ,əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlətimizin müstəqilliyi, bu müstəqilliyin yaradıcısı və memarı Heydər Əliyev yeni və qlobal dünyada ölkələrin sırasında Azərbaycanın öz yerini müəyyənləşdirdi".

Cavanşir Paşazadə qeyd edib ki, bu gün cənab prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirir. 2003-cü ildən prezident seçilən İlham Əliyev son on beş ildə ordumuzu bütün parametrlərlə yüksək səviyyəyə qaldırdı. Artıq bu gün Ali Baş Komandanızımız İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz dünyanın güclü orduları sırasındadır. Azərbaycan silahlı qüvvələri döyüş qabiliyyətinə və maddi-texniki təchizatına görə Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. 2016-cı ilin aprel döyüşləri ordumuz gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Əminliklə deyə bilərəm ki, son illərdə iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Cənab prezidentimiz İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. Bir sözlə, Ali Baş Komandanımız Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 874   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr