Azərbaycanda avtobuslarda gedişhaqqı ilə bağlı MÜHÜM YENİLİK

Azərbaycanda avtobuslarda gedişhaqqı ilə bağlı MÜHÜM YENİLİKAzərbaycana gətiriləcək yeni avtobusların hansı istiqamətlərdə hərəkət edəcəyi hazırda ən aktual suallardan biridir.

Yeni gətirilən 300 avtobusun fəaliyyət göstərəcəyi marşrut xətləri müzakirə olunur. Bakının mərkəzi hissələrində təzə avtobuslar üstünlük təşkil etsə də, eyni mənzərəni Bakı kəndlərində və qəsəbələrdə görmək mümkün deyil. Sirr deyil ki, əksər Bakı kəndləri istiqamətində hələ də 10 il əvvəl gətirilən avtobuslar fəaliyyət göstərir. Bəs yeni gətirilən avtobusların ətraf kəndlər istiqamətində marşrutlara daxil edilməsi mümkün olacaqmı?

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yeni avtobusların Bakının şimal-şərq istiqamətində olan marşrut xətlərinə əlavə ediləcəyini deyib:

"Ölkə prezidentinin müvafiq sərəncamına əsasən ölkəyə 300 yeni avtobus gətirilib. Hazırda həmin avtobusların hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi müəyyənləşdirilir. Təbii ki, yeni avtobuslar ən çox şikayət olunan və ehtiyac olan ərazilərə veriləcək. Ehtimal olunur ki, avtobuslar Bakının şimal-şərqində yerləşən qəsəbələr üzrə hərəkət edəcək. Bunlara Qala, Pirallahı, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri aiddir. Yeni avtobusların hərəkət istiqaməti müəyyənləşən zaman yolun infrastrukturu nəzərə alınır. Bu təkcə yolun asfalt örtüklü olması ilə bitmir. Ola bilər ki, qəsəbə daxili də yol rahat və asfalt olsun. Amma avtobusun hərəkəti üçün uyğun olmasın".

Mais Ağayev açıqlaması zamanı yeni avtobusların kart sistemi ilə işləyəcəyini vurğulayıb. Məlumdur ki, Bakı kəndlərinə yol haqqı ən azı 0.40 azn təşkil edir. Belə olan halda kartla bu ödəniş necə həyata keçiriləcək? Qurum rəsmisi bu barədə yaranmış suala da aydınlıq gətirib:

"Yeni avtobuslar kart sistemi ilə işləyəcək. Ümumiyyətlə, çalışırıq digər marşrut xətləri də kartla fəaliyyət göstərsin. Bakı kəndlərinə yeni təyin olunacaq avtobuslarda isə sərnişin getdiyi məsafədən asılı olaraq pul ödəyəcək. Bu məqsədlə həmin avtobuslarda giriş-çıxış ödəniş sistemi tətbiq ediləcək. Belə ki, sərnişinin kartında məsələn, 0.50 azn var və giriş zamanı onu yükləyibsə, düşdüyü ünvanda da avtobusun çıxışında olan qurğuya kartı yaxınlaşdıraraq artıq ödədiyi pulu geri ala biləcək".

Mais Ağayev hazırda 12 metrlik avtobusların hərəkətə başlayacağını bildirib. O, növbəti mərhələdə isə 18 metrlik avtobusların marşrutlara əlavə ediləcəyini də qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4065   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünk

1 may
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyina

1 may
.

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb. Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqda

1 may
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

1 may
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel
.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

1 may
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may