Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası ilə bağlı ŞOK İTTİHAMLAR - VİDEO

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası ilə bağlı ŞOK İTTİHAMLAR - VİDEOBinəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə ata və qonşular ananı günahlandırır. Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, Firuzənin anası Zəminə Allahverdiyeva yüngül həyat tərzi keçirir. Mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Firuzənin anası Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində gecələdiyini etiraf edib.

Sonxeber.az xəbər verir ki, daha bir qonşu "Səni axtarıram" proqramına açıqlamasında Zəminə barəsində olduqca kəskin ittihamlar səsləndirib və qızcığazın ölümündə birbaşa onu günahlandırıb. Qonşu kişi Firuzənin anasının əxlaqsız həyat tərzinin qurbanı olduğunu dilə gətirib:

"Bunlar problemli ailə idilər. Ailəsini yola vermirdi. Axırda yoldaşı çıxıb getdi. Ondan sonra bu da lazım olmayan yolla pul qazanırdı. Hər halda başa düşürsünüz də nəyi deyirəm. Bu insan ayın 20-25 gününü evdə olmurdu. Uşaq sahibsiz-yiyəsiz, onun-bunun qapısında qalırdı.

Yoldaşı gedəndən sonra evdə kişi xeylağı oğlu qaldı. Rabilin 15 yaşı var. Bu uşaq anasının hansı yolun yolçusu olduğunu bilirdi. Hər gün anası ilə dalaşırdı, evin şüşələrini sındırırdı. Uşaq axırda baş götürüb qaçdı.

Bir-iki dəfə xəbərdarlıq etdik ki, burada əxlaqsızlıq yuvası açma. Yalvarıb-yaxardı ki, bir də elə şeylər etməyəcəm. Ondan sonra ümumiyyətlə gecələr evə gəlməməyə başladı. Uşaq yanan gecə 10-15 nəfər ən az 50 dəfə ona zəng vurdu. Səhərə qədər zəng vurduq, telefonu açmadı. Səhər 9 radələrində gəlib çıxdı. Firuzəni soruşdu. Dedik, Firuzə yanıb bir ovuc oldu, apardılar".

Qeyd edək ki, Firuzənin atası Qabil bəy, nənəsi Tamara xanım və əmisi Vüsal bəy Xoşqədəm Hidayətqızının onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.

Z.Allahverdiyeva öz növbəsində baş verənlərdə atanı və qonşuları ittiham edir. O, evi gah ərinin, gah da qonşusunun yandırdığını deyir.

Xatırladaq ki, hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.

BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2099   Tarix: 22 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel