Ər-arvad vəzifəli şəxslərin adından dələduzluq edib

Ər-arvad vəzifəli şəxslərin adından dələduzluq edibDələduzluqda ittiham olunan ər və arvad növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar vəzifəli şəxslərin adından istifadə etməkdə təqsirləndirilirlər.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Balağa Əlbəşirov və onun həyat yoldaşı Heyran Əlbəşirovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş Sevil Qohumova məhkəmədə dindirilərkən bunları deyib:

"O vaxt zəlzələdən sonra anam ev tikintisi üçün bələdiyyə sədri Nazim Nəzərova 6000 manat pul vermişdi. Amma ev tikilmədi, pul batdı. Nazim Nəzərov bizdən başqa adamlardan da pul almışdı. İşi Şəki Ağır Cinayətlər Məhkəməsində idi. Xəbər gəldi ki, Nazim Nəzərov pulları qaytarır. Adam var, vasitəçilik edəcək. Amma vasitəçiyə pul vermək lazım idi. Getdim o adamla görüşməyə, orada Milananı gördüm. Birinci dəfə 2500 manat istədi, verdim".

Məlum olub ki, S.Qohumova məktəb direktorudur. O, aldanmasının səbəbini belə izah edir:

"Həmin vaxt Heyran Əlbəşirovanın əlində FHN-in möhürü ilə möhürlənmiş sənədlər, əynində də bu nazirliyin işçilərinin forması vardı. Onlar bir neçə dəfəyə ümumilikdə 12 min manat pul vermişəm. Pulları bir çox hallarda ödəmə aparatları vasitəsilə Balağa Əlbəşirovun adına göndərmişəm. İndi də əsas istəyim pulumun geri qaytarılmasıdır".

Zərərçəkmiş Sədaqət Heydərova da Heyranı "Fövqəladə Hallar Nazirliyinin mayoru Milana xanım" kimi tanıdığını deyib. Onun sözlərinə görə, ümumilikdə 6000 manat pul verib və onu ər-arvadın hər ikisinin adına köçürüb.

Balağa və Heyran Əlbəşirovalar bu adamlardan pul aldıqlarını inkar eləmirlər. Amma deyirlər ki, zərərçəkənlər məbləği çox şişirdirlər. Bildirirlər ki, pulların çoxu heç birbaşa onlara verilməyib, arada başqa adamlar da var. Zərərçəkənlər pulu onlara verib. Heyran Əlbəşirova əyninə FHN forması geyinməsi barədə deyilənləri də təkzib edib.

Bu cinayət işində ümumilikdə 26 nəfər zərərçəkən qismində tanınıb.

Rəsmi ittihama görə, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Əlbəşirova Heyran Mürsəl qızının qanunsuz hərəkətləri barədə həmin nazirlik tərəfindən toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 26 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1005   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart