Amaliya Pənahovanın rol aldığı son film - TƏQDİM OLUNMADI/FOTO

Amaliya Pənahovanın rol aldığı son film - TƏQDİM OLUNMADI/FOTOBu gün mərhum Xalq artisti, Azərbaycan kinosunun parlaq ulduzu Amaliya Pənahovanın ölümündən bir il ötür.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, ötən ilin bu günü xərçəng xəstəliyindən vəfat edən Xalq artistinin bir neçə gün əvvəl məzarüstü abidəsi qoyulub. Bu gün saat 12:00-da Amaliya Pənahovanın məzarüstü abidəsində xatirə günü qeyd ediləcək.

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Liza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında altı populyar aktyor sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Tamaşalardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

A.Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib. Onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar.

Mərhum Xalq artisti 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Onu da bildirək ki, sənətçinin sonuncu dəfə rol aldığı "Şaman" filmi təqdim olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3389   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand

31 oktyabr
.

Roza Cəlilovanın dəfn yeri dəyişdirildi

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib. Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib. O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq. Xatırladaq ki, Roza Cəlilova ilə vid

19 noyabr
.

Musiqimizi dünyada təmsil edən Emil Əfrasiyab: "Ermənilər azərbaycanlı olduğumu biləndə evimin şüşələrini sındırdılar"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı Əməkdar artist Emil Əfrasiyab olub. O, ABŞ-də yaşadığı dövrdə ermənilərin qaldığı evə hücum etdiklərini söyləyib:. "2013-cü ildə Kaliforniya ştatının Berkli Universitetində təhsil almağa başladım. Orada olduğum müddət ərzind

30 noyabr
.

Mehriban Xanlarova buna görə bacısı qızından imtina edibmiş

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:. "Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonları

31 oktyabr
.

Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...

Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır. Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır

6 dekabr
.

Fəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO

Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün

11 dekabr
.

Boşandılar… - Teatrdan da getdi

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi

14 dekabr
.

"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMA

Noyabrın 6-sı Azərbaycanda Televiziya və Radio işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix milli televiziya və radio yayımının inkişafında mühüm mərhələ hesab olunur. Müasir dövrdə isə media sahəsi sürətlə dəyişir, rəqəmsal platformalar ənənəvi medianın fəaliyyətinə birbaşa təsir göstərir

6 noyabr
.

Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloq

Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev vəfat edib. -ın məlumatına görə, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonr

6 noyabr