"Ulu Öndər Heydər Əliyev çalışırdı ki, Azərbaycan xalqının istəklərinə uyğun Konstitusiya qəbul edilsin" - Azər Həsrət

"Ulu Öndər Heydər Əliyev çalışırdı ki, Azərbaycan xalqının istəklərinə uyğun Konstitusiya qəbul edilsin" - Azər HəsrətBu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Dövlətimizin Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.Belə ki, 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Bununla bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Azər Həsrət, 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlı xatirələrini bölüşdü: "Biz də o prosesdə iştirak etmişik. Ulu Öndər Heydər Əliyev konstitusiya layihəsini xalqın müzakirəsinə vermişdi. Bu məsələləri ayrı-ayrı təşkilatlar və fəallar müzakirə edib, öz təkliflərini Konstitusiya komissiyasına göndərirdilər. Biz də o proseslərdə iştirak edirdik. Yaddımdadır ki, Azərbaycan cəmiyyətində canlanma var idi. Vətəndaşlarımız müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsində fəal iştirak edirdilər. Ulu Öndər Heydər Əliyev dövlət rəhbəri olaraq çalışırdı ki, Azərbaycan xalqının maraq və istəklərinə uyğun Konstitusiya qəbul edilsin. Nəticə etibarı ilə 1995-ci ilin noyabrın 12-də ilk Konstitusiya referendum yolu ilə qəbul edildi. Sonra zamanla referendum yolu ilə bu Konstitusiyaya dəyişikliklər edildi. Ümumilikdə götürəndə çox yaxşı və mükəmməl Konstitusiyamız var. İnsan hüquq və azadlıqlarına geniş yer verilib. Yəni, Azərbaycan dövlətinin özünün seçdiyi hüquq azadlıqları bu Konstitusiyada tədbiq edilib. Ona görə də dünya Konstitusiyaları arasında Azərbaycan Respublikasının Konstitusiyası özünün mütərəqqi və insanların azadlıqlarına xidmət edən xüsusiyyətinə görə seçilir. Əlbəttə, mən də Azərbaycan vətəndaşı olaraq sevinirəm ki, bu prosesdə iştirak edib, vətəndaş mövqeyi sərgiləmişəm. Bu gün də məhz o Konstitusiyanın tanıdığı hüquqlar çərçivəsində bir dövlətin vətəndaşıyam".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 777   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

3 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

Xankəndidə bir həftəyə bu qədər silah-sursat tapılıb

Xankəndidə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 aprel-3 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisində külli miqdarda silah aşkar edilib. Belə ki

4 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək...

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

4 may
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

3 may
.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb. Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Ferme

3 may