"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT

"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKTPrezident İlham Əliyev oktyabrın 31-də Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu təyinatdan sonra təyin edilən yeni icra başçısının Prezidentin tapşırıqlarına uyğun olaraq əhali ilə sıx görüşdüyü, hətta xüsusi görüş günlərini ləğv edərək onlara qapını açıq elan etdiyi xəbəri mediada dəfələrlə işıqlandırılıb. Lakin, nədənsə bu qədər "açıq qapı" olan bir yerdə telefonumuza cavab verən kimsə tapılmır.

Bununla bağlı Sonxeber.az Xaçmaz rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdı. Xatırladaq ki, hər İcra strukturunda olduğu kimi, Xaçmaz rayonunun da rəsmi səhifəsində aparat strukturunda olan şəxslərin əlaqə nömrələri qeyd edilməlidir. Hansı ki, həmin bölmədə adəti üzrə icra strukturunda işləyən hər bir şəxsin, icra başçısından tutmuş ta ki, xidmətçisinə əlaqə nömrələri və adları qeyd edilir. Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində təəssüf ki, belə deyil və əlaqə bölməsində olan tək nömrəyə də cavab verilmir. Maraqlıdır, hər kəsə qapını açıq elan edən qurum niyə öz rəsmi saytında əlaqə nömrəsi qeyd etmir?
Sonda bildirək ki, 30 oktyabr tarixində Xaçmazın 81 yaşlı sabiq icra başçısı Şəmsəddin Xanbabayevin işdən çıxması ilə əlaqədar Xaçmaz İcra Hakimiyyəti ilə əlaqə yaradılıb və xəbər təkzib edilərək zənglərimizə kobud şəkildə "Heç bir dəyişiklik yoxdur bizdə, heç kəs də düşməsin əl- ayağa, sakitçilikdir, narahat olmayın" deyilərək cavab verilib.
FOTOLARI təqdim edirik:
"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKTŞəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6865   Tarix: 14 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021