Xəzər dənizi ilə bağlı ŞOK XƏBƏRDARLIQ: səviyyəsi sürətlə...
1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsi 1 metr 27 sm enib.
Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, Xəzər dənizinin səviyyəsi həmişə tərəddüd edib. Lakin 1995-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. 2009-cu ildən isə enmə daha sürətlə baş verir.
Qeyd edilib ki, 2009-cu ildən dəniz suyunun səviyyəsində il ərzində 16-24 sm enmə müşahidə edilir. Hazırda Xəzərdə suyun səviyyəsinin mənfi 28 metrə yaxındır.
Şöbənin tədqiqatlarının nəticələrinə görə, enmə prosesi hələ davam edir, lakin yay aylarında Xəzərdə suyun səviyyəsi nisbətən yüksək olur. Çünki dağlarda qarların əriməsi və onların şimaldan çaylar vasitəsilə Xəzərə tökülməsi nəticəsində dəniz suyunun səviyyəsi yüksəlir:
"Amma Volqa çayının Xəzərə axını nə qədər azalıb ki, yayda dəniz səviyyəsində nisbətən artım olsa da, yenə də enmə baş verir. Xəzərdə buxarlanma da buna öz təsirini göstərir. Buxarlanma enmə üçün ən əsas faktorlardandır. Çünki dənizə buxarlanmanın yerini tuta biləcək qədər su daxil olmur. Buna görə də səviyyə düşməyə başlayır".
Xatırladaq ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) səviyyə 2,5 metr artıb, sonrakı illərdə isə yenidən azalma müşahidə olunmağa başlayıb.
Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir. (trend)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2263 Tarix: 28 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrAvtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind
20 dekabrDərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı
20 dekabr