"Qarabağda müharibə yenidən başlaya bilər"
"Ermənistan bir dövlət kimi yox kriminal, terrorçu bir qurum kimi idarə olunur və ölkəyə rəhbərlik edənlər də hərbi canilər, cinayətkarlar, terrorculardır. Onlar heç bir beynəlxalq qanuna, qaydaya, müqaviləyə əməl etmirlər". Bu fikirləri Sonxeber.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib .Onun sözlərinə görə, ölkə kriminal qanunlarla idarə edildiyi üçün beynəlxalq qurumlar tərəfindən qəbul edilən qətnamələr işləmir:
"Onlara nə BMT-nin, nə də ATƏT-in dedikləri təsir etmir. Onlar güc görməlidirlər ki, qəbul edilən qanunlara əməl etsinlər. Bu gun Azərbaycan tərəfi bütün əsirləri, yaralıları, meyitəri erməni tərəfinə qaytardı. Lakin onlar hələ də Kələbcərdən olan iki girovu geri qaytarmayıblar.
İndidə meyitlərin qaytarılmasında problem yaradırlar. Amerika və Rusiya ermənilərə havadarlıq etdiyi üçün onlar qudururlar. Bəli belə bir vəziyyətin davam etməsi təbii ki, yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Çünki, ermənilər başqa cürə başa düşmürlər".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin uzun müddət davam edəcəyini söyləmək problematikdir. Çünki, Rusiya işğal faktına son qoymağa hazır deyil: "Azərbaycan və Ermənistan prezidenlərinin nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə görüşəcəyi isə məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində keçiriləcək. Ancaq Moskva hələ ki, gözləmə mövqeyindədir".
Onun sözlərinə görə, bütün hallarda Rusiya Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasında və müharibə yoluyla işğal altındakı torpaqları azad etməsində maraqlı deyil. Rəsmi Bakı isə Kremlin münaqişənin həlliylə bağlı təkliflərini yerinə yetirməyəcək:
"Kremlin iki təklifi var: Birinci təklif odur ki, 5 rayonun azad olunmasıyla paralel olaraq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. İkinci təklif isə odur ki, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilməlidir.
Bölgədə toqquşmalar yenə davam edəcək. Rusiya hərbi toqquşmaların qarşısını ala bilməyəcək. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin itkisini artırmağa çalışacaq. Rəsmi Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi artırmağı planlaşdırır".
Politoluqun fikrincə beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlətlə bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməyəcək. Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur: "Ermənistan hakimiyyəti bunu anlamayana qədər bölgədə hərbi toqquşmalar da davam edəcək, hər iki tərəfin itkiləri də artacaq. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır, Ermənistanın isə yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA