Şok qiymət: Traktor sürmək üçün vəsiqə cəmi...

Şok qiymət: Traktor sürmək üçün vəsiqə cəmi...İlham Əliyev yeni fərman imzalayıb.

Azərbaycanda kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləşdirilib.

Sonxeber.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı "Yol hərəkəti haqqında" dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi, tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi təqdim etməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək.

Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat veriləcək. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunacaq.

Sürücülük vəsiqəsi təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində veriləcək.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək. Nazirlik tərəfindən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılacaq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4421   Tarix: 19 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,067 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur. Apreldə Türkiyə Azərbaycana 15,457 milyon ABŞ dolları dəyərind

9 may
.

Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 493 milyon 673 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur. Kredit qoyuluşunun 326 milyo

9 may
.

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyo

9 may
.

Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb

Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur. Ümumi əmanət portfelinin 9

9 may
.

Azərbaycanda könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 518,002 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişləri

23 may
.

Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərind

9 may
.

Elektron siqaretlərlə bağlı QƏRAR

Reklamı qadağan olunan əmtəələrin siyahısında dəyişiklik olunub. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib

12 may
.

Rəqəmsal ödənişlər xərcləri artırır, yoxsa sadəcə rahatlıq yaradır? - AÇIQLAMA

Son illərdə ödəniş vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. Nağd pul istifadəsi azalarkən, bank kartları və rəqəmsal ödənişlər gündəlik xərcləmələrin əsas vasitəsinə çevrilir. Bəs, nağd puldan istifadə ilə müqayisədə kartla və rəqəmsal ödənişlər daha çox xərcləməyə səbəb olurmu, yoxsa bu yalnı

6 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada

29 may