Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLAR

Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLARSonxeber.az deputat olmaq istəyən məşhurların siyahısını açıqlayıb. Siyahıda bir çox məşhur sənət adamı var.

Deputatlığa namizəd ilk sırada kimi bir müddətdir haqqında söz-söhbətlər gəzən Afaq Bəşirqızını göstərə bilərik. Qeyd edək ki, bir çox məşhurlar, müğənni Röya Ayxan, Xumar Qədimova Afaq Bəşirqızının deputatlığa namizədliyini dəstəklədiklərini açıqlamalarında və şəxsi instaqram hesablarında paylaşım edərək bildirib, dəstəkləyiblər. Xumar Qədimova şəxsi instaqram hesabında "Mən Afaq Bəşirqızını millət vəkili kimi görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki, o xalqdan gələndir. O özümüzdür" deyərək paylaşım edib.
Röya Ayxan isə Afaq Bəşirqızına dəstəyini belə ifadə edib: "İstərəm Afaq Bəşirqızı orada olsun, Faiq Ağayev, Elza Seyidcahan ...Mən istəmirəm. Yerimdən razıyam".
Qeyd edək ki, Afaq Bəşirqızı açıqlamasında hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib:
"Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm".

Deputatlığa namizəd kimi haqqında danışılan digər bir məşhur müğənni Xalq artisti Faiq Ağayevdir. Bildirilir ki, Faiq Ağayev onun haqqında gəzən söhbətlərə artıq münasibət bildirib:
"Parlament buraxıldı və fevralın 9-na seçki təyin olundu. Namizədliyinizi irəli sürəcəksinizmi" sualına müğənni belə cavab verib: "Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək".

Onu da vurğulayaq ki, Xalq artisti " Afaq Bəşirqızının millət vəkili seçilməsinə razısınızmı?" sualına "Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycan mədəniyyətinə çox böyük töhvələr etmiş Afaq Bəşirqızı. Mən inanıram ki, millət vəkilliyinə namizədliyini versə, onu dəstəkləyən çox olacaq" deyərək cavab verib.

Deputatlığa namizədlərdən birinin hər birimizin "ekstravaqant" müğənni kimi tanıdığımız Elza Seyidcahan olduğu bildirilir.

Qeyd edək ki, müğənni açıqlamasında "Bilirsiniz, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum. 18 yaşdan yuxarı hər bir azərbaycanlı vətəndaşının millət vəkilliyinə namizədliyini irəli sürmək hüququ var. Qaldı ki, bu illər ərzində sənətimizlə, özümüzlə, əqidəmizlə sözümüzü demişik. Bütün dünya bilir ki, seçkilərdə Elza Seyidcahan ötən seçkilərə qatılaraq səs yığıb və müvəfəqiqyyətlə başa vurub. Bu asan bir yol deyil. İnşallah qismətimdə varsa olacaq" deyib.

Onu da bildirək ki, maraqlı məqamdır ki, Röya Ayxan məşhurların deputatlığa namizədliyindən danışarkən Faiq Ağayev, Afaq Bəşirqızının və bir də Elza Seyidcahanın adını çəkib.

Digər bir namizəd məşhur teleaparıcı Aytən Səfərovadır. Aparıcı millət vəkili olmaq istədiyini öz şəxsi instaqram hesabında belə ifadə edib:
"Aytən Səfərova millət vəkili olsa inanarsız"?
Şərh bölümündə izləyicilər isə buna "Ay balam, Aytən xanım həkimdir, öz peşəsi ilə məşğul olsun" deyərək münasibət bildiriblər. Aparıcı isə cavabında ikinci ali təhsilinin BDU- nun Beynəlxalq hüquq fakültəsi olduğunu deyib.

Deputatlığa namizədlərin sırasında isə ən cəsarətli çıxışı məşhur aktrisa Könül Yusifqızı edib. O, şəxsi instaqram hesabında "Dostlar hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?" deyərək çağırış edib.
İzləyicilər isə əksəriyyət olaraq onun bu addımını dəstəkləyiblər.

Şəlalə Babayeva
Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLARHansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLARHansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLARHansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?- SİYAHI/ FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 7546   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aygünlə ona görə dalaşmışdıq ki… - Faiq Ağayev

Bizim yabalaşan zamanlarımız olub. xəbər verir ki, bu sözləri " "a geniş müsahibəsində Xalq artisti Faiq Ağayev Aygün Kazımova ilə münasibətləri ilə bağlı danışarkən deyib. O bildirib ki, 35 ildir səhnədədirlər:. "Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçu

27 aprel
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28 aprel
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21 aprel
.

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

27 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

"Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO

Aktrisa və aparıcı Ülviyyə Xəlilbəyli maraqlı açıqlamalar verib. xəbər verir ki, o, şəxsi həyatı barədə danışıb. Həyat yoldaşı ilə ailədaxili münasibətdə yaşadığı çətinliklərdən danışan aktrisa psixoloqa müraciət etdiklərini bildirib. Onun məsləhətindən şok düşən Ülviyyə bu barədə Xəbərin var?"

28 aprel
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

28 aprel
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?" sualına Faiqin cavab

27 aprel