Millət vəkili: "Müxalifətin seçkidə iştirak edib-etməməsi cəmiyyəti qətiyyən maraqlandırmır"

Millət vəkili: "Müxalifətin seçkidə iştirak edib-etməməsi cəmiyyəti qətiyyən maraqlandırmır"Azərbaycanda növbədənkənar parlament seçkiləri rəsmən elan olunub. Fevralın 9-da ölkədə seçkilər keçiriləcək. Normalda siyasi qüvvələr artıq seçkilərə hazırlaşmalı idi. Lakin görünən odur ki, müxalifətin radikal qanadı boykot çağırışlarıan başlayıb. Xalqı seçkilərə deyil, kütləvi etirazlara, yüzminlik aksiyalara çağırır. Əslində seçki kampaniyası bütün siyasi qüvvələr üçün xalqla geniş təmas, ideya və planlarını xalqa təqdim etmək üçün ən ideal fürsət olduğu üçün normalda müxalifət qüvvələri seçkilərə gedir, çünki istənilən halda seçkidə iştirak boykotdan daha effektivdir. Lakin görünən odur ki, ənənəvi radikal müxalifət cəmiyyətə yeni heç nə vəd eləmir. Son aylarda ölkə siyasətindəki dinamikanın fonunda Milli Şura və ya digər müxalif təşkilatlar yalnız aksiya keçirmək təşəbbüsü ilə gündəmə gəlib və bu zaman heç bir yeni, hazırkı şərtlərlə ayaqlaşan şüarlar təklif edə bilməyib.

Mövzu ilə əlaqədar Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Sonxeber.az-a bildirib ki, siyasi partiyaların əsas vəzifəsi hakimiyyətə gəlməkdir və bu orqanlarda daha çox yer qazanmaqdır:
"Azərbaycanın əsas siyasi partiyaları bu istiqamətdə daim iş aparırlar. Ancaq bununla belə, müxalifətin radikal qanadı bir qayda olaraq əhalini itaətsizliyə, qeyri qanuni kütləvi aksiyalara çağırır. Onların seçkiyə getməməsinin yeganə səbəbi onların seçkiyə hazır olmamağıdır. Onların 125 dairə üzrə irəli sürəcək namizədləri yoxdur. Onlar bilirlər ki, cəmiyyətlə işləmədiklərinə və cəmiyyətin maraqlarını öz siyasətində əks etdirmədiklərinə görə cəmiyyətdən hər hansı bir səs ala bilməyəcəklər. Həmçinin bunlar sabah uğursuzluğa düçar olanda, tərəfdarları nəyə görə iddialarının həyata keçmədiyini soruşacaqlar. Bu baxımdan boykota üstünlük verirlər. Digər tərəfdən, onların seçkidə iştirak edib-etməməsi cəmiyyəti qətiyyən maraqlandırmır. Seçki, bir qayda olaraq seçkidə iştirak etmək istəyən siyasi qüvvələr arasında keçir və bu seçkilərə də maraq indinin özündə də göründüyü kimi, həddindən artıq böyükdür".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1004   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel