"Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin xüsusi əhəmiyyəti var"-RƏY
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mövzu ilə əlaqədar Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, istənilən ölkədə qonşu ölkələr ilə iqtisadi münasibətlər xüsusilə önəmlidir:
Rusiya ilə Azərbaycan arasında isə bu önəmin xususi əhəmiyyəti var. Biz ölkə ixracatının diversifikasiyası istiqamətində Rusiya ilə əməkdaşlığımızı önəmli sıralara çıxarda bilərik. Bu əlaqələr mövcuddur. Amma kifayət qədər deyil. Bizim ixracatımızın 90 faizi neft və qaz məhsullarıdır. Hesab edirəm ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracı Qərbə doğru hərəkət edir. Digər istiqamətdə ölkənin ixrac potensialının artması baxımından Rusiya bazarlarının önəmi böyükdür. Rusiyada Azərbaycanın təbiətində, iqlimində yetişən meyvələr, tərəvəzlər və digər məhsulların bazarı kimi Rusiya əlaqələrindən istifadə edə bilərik. Bu əlaqələrin genişləndirilməsi Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün xüsusi önəmə malikdir. Digər qonşu ölkələr də önəm daşıyır amma Rusiya ilə münasibətlər, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracatı baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə də, hesab edirəm ki, Rusiya ilə Azərbaycan hökuməti arasında iqtisadi əlaqələrin genişləndirilməsi bütün hallarda işlək dəyərləndirilməlidir.
Fəridə Ağazadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
"Bitcoin"in qiyməti düşdü
Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0
23 may 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir
16 may 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021