"Namizədlərin çox olması problem deyil"-Sosioloq parlament seçkilərindən DANIŞDI

"Namizədlərin çox olması problem deyil"-Sosioloq parlament seçkilərindən DANIŞDIAzərbaycanda Milli Məclis buraxıldı və 2020-ci ilin fevral ayının 9-da növbədənkənar seçkilər elan edildi. İki ay sonra vətəndaşlar səsverməyə gedərək özlərinin yeni millət vəkillərini seçəcəklər. Müşahidələr onu deyir ki, bu dəfə namizədlərin sayı çox olacaq...

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Ağasəlim Həsənov danışıb. O, bildirib ki, son zamanlar cəmiyyətdə bu istiqamətdə dəyişikliklər hiss olunmaqdadır. Artıq insanlarda seçkilərin şəffaf, demokratik keçirilməsi ilə bağlı ümidlər formalaşıb. Buna misal olaraq müxalif siyasi partiyaların da seçkilərə qoşulmasını qeyd etmək olar. Siyasi qüvvələr də, bu seçkilərdə iştirak etməklə bağlı öz qərarlarını veriblər. Seçkilərdə ümumiyyətlə cəmiyyətin bütün sferalarının, təbəqələrinin iştirakı müsbət hal kimi qiymətləndirilməlidir. Yəni, insanların öz ictimai-siyasi həyatına biganəliyi ümumiyyətlə neqativ bir hal kimi dəyərləndirilir. Çünki insanlar öz ictimai-siyasi həyatlarında baş verən hadisələrə o qədər də, adekvat münasibət göstərmirlər. Amma son proseslər göstərir ki, artıq müəyyən qədər hərəkətlənmə var və bu seçkidən cəmiyyət gözləntiləri var.
Sosioloq vurğulayıb ki, namizədlərin çox olması da problem deyil. Hər kəs özünü bu seçkilərdə sınamaq istəyir. Bu onların Azərbaycan Respublikasının vətəndaşı kimi hüququdur. Müəyyən şərtlər daxilində bu hüquqdan hər kəsin istifadə etmək imkanı var. Açıq-aşkar həm seçki məcəlləsində, həm də Azərbaycan Respublikasının Konstitusiyasının maddələrində,

Azərbaycan Respublikasının vətəndaşlarının seçmək və seçilmək hüququ aydın şəkildə təsdiq olunmuşdur. Və mən bunu müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm ki, proses belə davam etsə, namizədlər arasında normal seçki münbarizəsinin şahidi olacağıq. Seçkilərin normal, pozitiv olmasını istəyirik, arzulayırıq, ən azından burada cəmiyyət də, dövlət də qazanmış olacaq. Çünki bizim qanunlarımız buna yol açır. Yəni namizədlərin sayı çox olur-olsun. Namizədlərin sayını qarşılayacaq bir kvotanın müəyyənləşməsi də qanunvericilikdə nəzərdə tutulmayıb. Bir-birinə rəqib olan qüvvələr istər iqtidar, istərsə də müxalif, yəni ümumiyyətlə demokratik bir mühitin formlaşmasından Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti qazanacaq. Bu nəticə etibarı ilə seçkilərin həm də beynəlxalq təşkilatlar tərəfindən bir demokratik seçki kimi qiymətləndirilməsinə öz pozitiv təsirini göstərəcək.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 898   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel