Ramanada hektarlarla meşə zolağı məhv edilir — Torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?! (VİDEO-FOTOLAR)

Ramanada hektarlarla meşə zolağı məhv edilir — Torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?! (VİDEO-FOTOLAR)Bu günlə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə və dünyada çox böyük hadisə kimi yaddaşlarda qaldı. Birinci xanımın bu nəcib təşəbbüsünə Azərbaycanın bütün rayonları çox sevinclə qoşuldular, ona dəstək verdilər. Mehriban xanımın ağac əkməklə yaşıllıqların qorunması təşəbbüsü hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu. Şübhəsiz ki, onun bu cür xeyrxah və ümumbəşəri addımı hələ uzun illər yaddaşlardan silinməyəcək.

Ancaq çox təəssüf ki, belə bir ərəfədə Birinci vitse-prezidentin yaşıllıqların qorunması ilə bağlı ali təşəbbüslərinə kölgə salmağa çalışan qurumlar və ya şəxslər də tapıldı. Buna konkret misal olaraq Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində "2-ci sahə" adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktını göstərmək olar. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır, əvəzində isə hektarlarla yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır.

Demokrat.az-ın əməkdaşları sakinlərin şikayəti əsasında sözügedən əraziyə gedərək, oradakı vəziyyətlə yerində tanış olublar.

Sözügedən ərazi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının təhlükəsizlik zolağına bitişik zonada yerləşir. Burada nəinki yaşayış evlərinin, hətta hər hansı iaşə obyektlərinin tikintisi belə qəti qadağandır. Hətta, bu qadağa barədə məlumat Hava Limanının sərhəd zolağında vurulmuş xəbərdarlıq lövhəsində də əks olunub. Ancaq bütün bunlara baxmayaraq, hazırda həmin ərazidəki yaşıllıqların məhv edildiyini görəndə insan təəssüf hissləri keçirməyə bilmir. Hazırda bu ərazidə ağacların çox hissəsi məhv edilib, digər hissələri isə ayrı-ayrı vətəndaşlar tərəfindən hasarlanıb.

Şübhəsiz ki, yaranmış bu acınacaqlı vəziyyətdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Sabunçu və Xəzər rayon İcra hakimiyyətləri rəhbərlikləri xəbərsiz deyillər. Görünür, həmin qurumların özləri də bilərəkdən ərazidəki yaşıllıqların məhv edilməsində maraqlıdırlar.

Sakinlərlə söhbət zamanı aydın olur ki, sözügedən yaşıllıq əraziləri vətəndaşlara Balası adlı "makler" tərəfindən satılır.

Sakinlər iddia edirlər ki, Balası adlı şəxs onlardan külli miqdarda pul alaraq, torpaqları satan zaman qanunu sənədlərini də verəcəyini söz verib. Ancaq həmin ərazidə ev tikən vətəndaşların əksəriyyətinin sənədlərini hələ də onlara təqdim olunmayıb.

Sakinlər yaşıllıqlarının məhv edildiyi ərazidə Balası adlı "makler"in özünün də dəbdəbəli villasının olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, sözügedən meşə zolağı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olsa da, ancaq onların biganəliyi nəticəsində bəzi işbazlar tərəfindən ağaclar olan torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. Sözügedən yaşıllıqları məhv edərək, vətəndaşlara satan əsas şəxs kimi isə Balası adlı "makler"in adı çəkilir.

Sakinlər deyir ki, ərazidəki yaşıəllıqların məhv edilməsi və torpaqların qanunsuz şəkildə satılmasından Xəzər rayon İcra Hakimiyyətinin Rəşad adlı nümayəndəsinin də xəbəri var.

"Buradakı yaşıllıqların məhv edilməsində Balası, Dilqəm və Xəzər rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Rəşad adlı şəxs məsuliyyət daşıyırlar. Onların iştirakı ilə bu torpaqlar qanunsuz şəkildə satılır", - deyə sakinlər əlavə edib.

Şikayətçi olan sakinlər sözügedən ərazidə törədilən qanunsuz əməllərlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Sözügedən ittihamlarda adı hallanan Balası adlı şəxslə əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında həmin ərazilərdə heç bir ağac kəsmədiyini bildirib:

"Mən nə ağac kəsməmişəm, nə də meşə zolağını satmamışam. Haqqımda səsləndirilən ittihamlar yalandır. Mənə qarşı bütün bu yalanları uyduran və şikayətçiləri üzərimə qaldıran bir nəfərdir. İndi o adam qaçıb xaricdə gizlənib, bunları da o edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1359   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021