Lalə Məmmədova keçmiş əri haqda elə sözlər dedi ki… - "Arxamda güclü kişi var…"

Lalə Məmmədova keçmiş əri haqda elə sözlər dedi ki… - "Arxamda güclü kişi var…"Əməkdar artist Lalə Məmmədova "Söhbətsiz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, şəxsi həyatı haqqında danışan Lalə Məmmədova aparıcının "Tələblərinizin yüksək olduğuna görəmi həyat yoldaşınızdan ayrılmısınız" sualına belə cavab verib:

"Xeyr, bu belə deyil. Ola bilər ki, qadın kimi evimdə fiziki olaraq bəzi işləri çatdırmaya bilərdim, yemək bişirmək, süfrə açıb qonaq qəbul etmək… Bu işləri görəcək adam hər zaman yanımda olub. Ailəm bu səbəbdən dağılmayıb.

Ailəni qorumaq üçün hər iki tərəf mübarizə aparmalıdır. Münasibətdə, ailədə, dostluqda əgər tək bir tərəf mübarizə aparırsa, günün birində bu qırılcaq. Çünki qarşı tərəf düşünür ki, belə də olmalıdır, mən oturmuşam hər şey həll edilir.

Bu haqda danışanda həmişə deyirəm ki, övladlarımın atasıdır. Ziyalı bir ailənin övladı idi, sadəcə münasibətimiz alınmadı.

Zamanla insanın tələbləri dəyişir. Sizin dərk etdiyinizi qarşı tərəf başa düşmür. 8 ildə mən də çox sey öyrəndim, ana oldum. Analıq hissini yaşadığıma görə 8 ilə peşman olmuram.

Atasından ayrılarkən böyük qızıma dedim ki, qızım, biz ata-ana olaraq ömürümüzün sonun qədər ayrılmaz qalacağıq, amma ər-arvad kimi ayrıldıq. Qızım bizim ayrılmağımızın detallarından hələ də xəbərsizdir".

Lalə Məmmədova bir müddət əvvəl qalmaqal yaşadığı Elçin Əlibəyli haqqında da danışıb: "Birdən-birə cavabımı vermək fikrinə düşürlər. O qədər qorxaqcasına edirlər ki, ad çəkmədən və sair. Əgər mənim elmi iş fəaliyyətimi şübhə altına alırsa, Elmlər Akademiyasında protokollar var.

Ailəmin dağılmasına gəlincə, özünün də birinci ailəsi dağılıb. Bu söz-söhbətdə anladım ki, təkəm. Deyim, arxamda güclü bir kişi var və çıxıb deyir ki, bu xanıma nə haqla bu sözləri deyirsən...

Özümü gücsüz hesab etmirəm, sadəcə qarşımdakı insanın əks-cinsin nümayəndəsi olduğunu görəndə baş bulayıram. Qadınla kəllə-kəlləyə gəlməyi bir kişiyə yaraşdırmıram".

Qeyd edək ki, Lalə Məmmədova İlham adlı şəxslə ailəli olub. Cütlüyün iki qızı var.


Sonxeber.az Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6622   Tarix: 14 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Safura illər sonra səhnəyə qayıdır

Mərhum Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib səhnədən gedən Safura yenidən müğənniliyə başlayır.. . Sonxeber.az axşam.az-a istinadən bildirir ki, bu barədə "INFE Azerbaijan" səhifəsi məlumat yayıb.. . Bildirilir ki, Safura Uil Teylor və Maykl Ceyms Daun tərəfindən hazırlana

14 dekabr 2019

Aybəniz Haşımovanın ailəsində ağır itki

Əməkdar artist Aybəniz Haşımovaya ağır itki üz verib.. . Sonxeber.az Open.az-a istinadən xəbər verir ki, sənətçinin Gəncədə yaşayan əmisi dünyasını dəyişib.. . O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

13 dekabr 2019

Türkiyədə müalicə alan Xalq artisti: MRT-yə ödəyəcəyim pulun miqdarını söyləyəndə şoka düşdüm

Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam.. . Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:. . "Beyi

13 dekabr 2019

"Çox dua etdim ki..." - Abbas küsülü olduğu Zamiqdən danışdı

"Mən Röyanı Zamiqə qısqanmıram. Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. Əgər Zamiqlə münasibətim yoxdursa, Röyaya deyim, Zamiqlə şəkil paylaşma? O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur".. . Sonxeber.az axşam.az-a istinadən xəbər veri

13 dekabr 2019

Paş Prokurorluq vəzifəli şəxsin qanunsuz əməlləri barədə məlumat yaydı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.. . Bununla belə, əhalinin sosia

13 dekabr 2019

Aysel Əlizadədən ŞOK SÖZLƏR: "Həmin o qadın cinsinə ləkə gətirən..."

"Ağaca güvənə bilərsən, çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir şir kimi davranır, meymunluq etməz. Ata güvənə bilərsən, çünki at yorulsa da, yara alsa da öz sahibini sonadək mənzilinə çatdırır, sadiqdir. Amma insanlara güvənə bilmərsən, zir

13 dekabr 2019

Emin Ağalarov yubileyini belə qeyd etdi - FOTO

Xalq artisti Emin Ağalarov özünə ad günü keçirib.. . Big.az xəbər verir ki, 40-cı yaşını qeyd edən sənətçinin ad gününə rusiyalı məşhurlar axın edib.. . Bu barədə sosial media hesabında yazan sənətçi hər kəsə təşəkkür ünvanlayıb:. . "40-cı doğum günümdə dünyanın hər yerindən gəlib yanımda olan dostlarım

13 dekabr 2019

Natavanın üzünü gizlətdiyi oğlunun - Fotosu yayıldı

Müğənni Nadir Qafarzadə həmkarı Natavan Həbibinin oğlunun fotosunu yayıb.. . Sonxeber.az xəbər verir ki, Nadir Qafarzadənin İnstaqramda paylaşdığı fotoda müğənni Natavan Həbibi və oğlu Zeyd Əli də yer alıb.. . Oğlunun fotosunu sosial şəbəkədə çox az hallarda paylaşan Natavan Həbibi daim onun üzünü gizlədib.

12 dekabr 2019

Azər üçünücü həyat yoldaşının görüntüsünü paylaşdı və... - FOTO

Üçüncü dəfə evlənməsi ilə gündəmdə olan tanınmış aparıcı Azər İsmayılov (Zahid) həyat yoldaşının fotosunu paylaşıb.. . Teleqraf.com xəbər verir ki, o, İnstaqramda foto paylaşaraq "Minoşum" şərhini yazıb.. . Şəbəkə istifadəçiləri, xanımı aparıcının həyat yoldaşı hesab edərək "Üçüncü dəf

12 dekabr 2019