"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏ

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏSonxeber.az-ın Paralimpiyada taekvondo üzrə 2 qat dünya, 4 qat Avropa çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı, Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiya İctimai Birliyinin sədri Aynur Məmmədova ilə olan müsahibəni təqdim edir.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏİlk olaraq sizi tanıyaq...

Mən Ucar rayonunun Təzə Şilyan kəndində əlilliyi olan uşaq kimi doğulmuşam. 35-40 il bundan öncəyə qayıtsaq deyə bilərəm ki, o zamanlar belə uşaqlar doğulanda onlara qeyri-adi, daha doğru desək yazıq insan kimi baxırdılar. Düşünürdülər ki, əlilliyi olan uşaqlar cəmiyyətə yararsız biri olacaq. Amma həqiqət elə deyil. Ailəmizdə altı uşaq olub, üç qız, üç oğlan. Kasıb bir ailədə doğulmuşam. Atam zavodda işləyib, anam isə evdar qadın olub. Mən də ailədə dördüncü uşaq olmuşam.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏAnadan olanda sağ əlimdə dirsəkdən aşağı əlim olmayıb. O zaman xəstəxanalarda nadir hallarda belə uşaqlar dünyaya gəlirdi. Mən isə qonşuların, mamaça həkimin köməyi ilə evdə doğulmuşam. İlk dəfə məni əllərinə alanda görüblər ki, sağ əlimdə problem var. Bunu anamdan gizlədiblər ki, anam zahı qadındır, əsəb, stress keçirə bilər. Problemi anamdan düz üç gün gizlədiblər. Bir gün anam mənə süd verən zaman, bələyimi açıb bir əlimin olmadığını görüb və şok olub. Daha sonra atama bildirəndə, əlbəttə atam da çox pis olub və xəbər bütün kəndə yayılmağa başlayıb. Bəzi insanlar normal qarşılasa da, çoxları mənfi reaksiya verib. Hətta, yaxınlarım belə mənim yaşamağımı istəməyiblər. Əgər oğlan olsaydım, bəlkə də belə düşünməzdilər. Çünki insanlar fikirləşir ki, oğlan böyüyəndə özünə iş tapa biləcək və cəmiyyət onu normal qarşılayacaq. Düşünürdülər ki, əlilliyi olan qız böyüyəndə onu heç kim almayacaq, cəmiyyət arasına çıxa bilməyəcək və o, heç bir şey bacarmayacaq. O dövrdə insanlar elə qəribə idi ki, hətta düşünürdülər əli, ayağı olmayan, gözü görməyən insanlar məktəbə gedə bilməz. Lakin hər zaman anam mənə dayaq olub, stimul verib. Məktəbə getməyim də birbaşa onun səyi nəticəsində baş tutub.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏƏliliyinizi ilk dəfə nə zaman özünüzə problem kimi gördünüz?

Uşaq olanda niyə belə olduğumu dərk etmirdim. Bəzən sinifdə uşaqlar arasında mübahisəmiz olurdu, hətta elə uşaqlar olub ki, əlil olduğumu rişxənd edib, üzümə vurublar. O zaman dərk etməyə başladım ki, başqa uşaqlardan seçilirəm, fərqlənirəm, onların əlləri var, mənim isə yox. Heç də asan olmurdu mənim üçün, ağlayırdım, özümə qapanırdım. Zaman gəldi və universitetə hazırlaşmağa başladım. Kənd yerində fərqli idi, qız uşaqlarının Bakı şəhərinə gəlməsinə, təhsil almasına heç də normal baxmırdılar. Söhbət 1997-1998-ci illərdən gedir, insanların şüurunda belə bir şey formalaşmışdı ki, qız uşağına şəhərdə təhsil almaq olmaz. Ətrafdakı insanların belə mənfi fikirlərindən atam da təhsil almağımı istəmirdi. İlk onu deyirdi ki, həm imkanım yoxdur səni oxutmağa, həmdə Bakıda təkbaşına qala bilməzsən. Amma həqiqətən inad etmişdim ki, oxuyacam, təhsil alacam. Çünki, bunları mənim beynimə anam yeritmişdi. Atam etiraz etsə də, heç bir yeri tanımadan can atırdım ki, ali məktəbə sənədlərimi verim. Təəssüf ki, birinci il balım çatmadığı üçün imtahandan kəsildim. Təbii ki, kənd yeri olduğu üçün təhsilə baxış zəif və indiki kimi hazırlıqlar yox idi. Yenə etirazlara baxmayaraq növbəti ili imtahan verdim və Maliyə İqtisad Kollecinə qəbul olundum. Artıq şəhərə gəldim və təhsilimi davam etdirməyə başladım. Kollecə qəbul olunandan sonra atam da mənimlə barışdı və heç bir qadağalar qoyulmadı. Şəhərə gələndən sonra həyatım tamamilə dəyişdi. Mən ona qədər əlilliyi olan insan görməmişdim. Kənd yerlərində əqli çatışmazlığı olan insanlar görürdüm və bilmirdim onlar əlil sayılır ya yox. Bir də kənddə ayağı olmayan müharibə veteranları görmüşdüm və onlar da yaşlı olduğu üçün çox diqqət çəkmirdilər. Amma mənim kimi uşaqlar çox az idi. Bəlkə də deyə bilərəm ki, bizim kənddən bircə mən idim . Bakıya gələndən sonra cəmiyyətlərlə tanış oldum və Əlillərin Bərpa mərkəzində qaldım. Orada ilk dəfə çoxlu əlilliyi olan insanlar gördüm. Ondan sonra bu mənim üçün adiləşdi və baxdım ki, məndən də ağır vəziyyətdə olan insanlar var.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏİdmana gəlişiniz və uğurlanız haqında danışardız..

Azərbaycanda 1996-cı ildə Paralimpiya İdman Komitəsi yaradılmışdı. Həmin vaxt mənə dedilər ki, bir əlinin olmadığına görə atıcılıq idman növü ilə məşğul ola bilərsən. Düzünü desəm uşaqlıqdan çox xoşlayırdım karate ilə məşğul olum. Bir az da oğlan kimi böyümüşdüm, hətta sinifdə oğlanları döymüşəm. Təəssüf ki, atıcılıq elə idman növüdür ki, burada səbr, dözüm, iradə lazımdır. Eyni zamanda qolun düz, güclü qalmalıdır və sən sərbəst hədəfi almalısan ki, gülləni istədiyin hədəfə vursan. Atıcılıqda da uğurlarım oldu və respublikada 1-2-ci yerləri qazandım. Bunu davam etdirsəm də, çətinliklər var idi.

2009-cu ildə Azərbaycanda parataekvando idman növü yaradıldı və ilk dəfə dünya çempionatı Bakıda keçirilmişdi. Mən isə bu idman növünə 2010-cu ildən qoşulmağa başladım. Bu idman haqqında heç kimdən heç nə soruşmamışdım. Zala gələndə gördüm ki, özüm kimi uşaqlar bir-birinə təpik vura-vura məşq edirlər . Düzü ilk dəfə qorxdum və qız uşağı üçün çox çətin olar deyə düşündüm.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏİlk aylar çətin oldu. Əziyyətlər görsəm də geri addım atmadım, hər zaman irəlini düşündüm. Məndən sonra özüm kimi qızlar gəldi və heç iki gündən artıq dözə bilmədilər. 2010-cu ildə Sank-Peterburqda dünya çempionatına qatıldım və dünya üçüncüsü adına layiq görüldüm. Əlbəttə, dünya üçüncüsü olmaq məni daha da ruhlandırdı, stimul verdi. Taekvando üzrə ilk uğurum məhz dünya üçüncüsü olmağımdır. Ondan sonra daha da üzərimdə işləməyə, çoxlu məşq etməyə başladım.

2011-ci ildə Moskovada Avropa çempionatı keçirildi və ilk qızıl medalımı da o zaman qazandım. Təsəvvür edin komanda da 11 oğlanın içində tək qız mən idim. 2011-ci ildə Avropa ,2012-ci ildə isə dünyada ardıcıl olaraq çempion oldum. Əlbəttə, ard-arda qızıl medal qazanmaq hər idmançıya nəsib olmur. 2014-cü ildə dünya çempionatında ikinci yerə, Avropa çempionatında isə birinci yeri qazandım. 2015-ci ildə Samsunda keçirilən dünya çempionatında, Soçidə keçirilən dünya oyunlarının qalibi oldum. Bəzən üçüncü yerlərə çıxmağım da olurdu amma səhvlərimi bilirdim. 2017-ci ildə dünya çempionatına qatılmadıq amma 2018-ci ildə yenidən Avropa çempionatında komandadaya qızıl medal qazandırdım. Sonuncu isə 2019-cu ildə yenidən Avropa çempionu adını qazanmaqla 4 qat Avropa çempionu oldum. Deyərdim ki, sonuncu çempionat çox əzablı oldu. Sona qədər var gücümlə döyüşdüm və qızıl medalı qazandım.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏPrataekvandoda qazandığınız uğurlar qismətdəndir yoxsa peşəkar hazırlıqdan?

Peşəkar hazırlıq burada çox böyük rol oynayır, qismət yox. Düzdür bəlkə də şanslarım da olub. İdmançılarda bir xüsusiyyət var ki, bir az irəli getdiyi zaman rahatlıq yaranır və məşqlərə ciddi baxmır. Nəticədə ya uduzur, ya da üçüncü yerlə razılaşmalı olur. Çoxları deyir ki, şanslısan. Düşünürəm ki, bu Allahın mənə verdiyi bir istedaddır.

Siz özünüzü uğurlu insan hesab edirsiniz?

Durduğun yerdə heç vaxt uğur sənə gəlməyəcək. Çalışmasan, vuruşmasan, əzmkarlıq göstərməsən uğur da gəlməz. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət. İnanın ki, o qədər mənim kimi əlilliyi olan insanlar var ki, özlərinə qapanıblar, evdən çölə çıxmırlar, həyatdan küsürlər. Elə bilirlər ki, dünyanın sonudur. Amma elə deyil. Mən də anamın və atamın himayəsində oturub onlardan hər şeyi gözləsəydim inanın ki, bugünkü uğurlarımın heç biri olmazdı. Hər bir insanın istedadı, bacarığı var. Amma o bacarığı sən üzə çıxarmalısan. Baxmayaraq ki, komandada yaşca hamıdan böyük mənəm amma hər zaman məşqlərimə çox ciddi yanaşıram.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏİlk məşqçiniz kim olub?

İlk məşqçim Əvəz Tağıyev olub. O, artıq bir ildən çoxdur ki, dünyasını dəyişib. Onun ölümü mənə çox pis təsir etmişdi. Yegan müəllimim o idi ki, insana dəyər, qiymət verməyi bacarırdı. Əziyyət çəkənlərin zəhmətini də hər zaman dəyərləndirirdi. O zaman komandamızda 16 oğlan var idi və müəllimim deyirdi ki, tərəzinin bir gözündə Aynur, digər gözündə isə 16 oğlan. Yəni, məni kişi kimi görürdü. 2018-ci ildə xəstə olduğu zaman sonuncu qızıl medalı məndən gördü.

Ailədən dəstək olubmu?

Ən böyük dəstəyim anam olub. Hətta, bacı-qardaşlarım belə atamı öyrədirdilər ki, mənə icazə verməsin. Əlbəttə, bunların bir çox səbəbi var idi. Çünki, onlar düşünürdü ki, əlim yoxdu, təkbaşına şəhərdə necə yaşayacam. Amma anamın dəstəyi, köməyi və özümün əzmkarlığım ilə mən artıq Avropa və Dünya çempionuyam.
Hər zaman atamın rəğbətini qazanmağa çalışırdım hətta, belə desək kişi işləri ilə məşğul olurdum. Məsələn qamış yığıb çəpər çəkirdim. Təsəvvür edin ki, tək əllə çəpər hörmək necədir. Həyətimizdə palçıq tapdalayıb, kərpic kəsirdim, ot biçirdim, pambıq yığımına gedirdim. Bəlkə də, o ağır işlərdir mənə güclü olmağı öyrədən. Mən uşaqlıqda da çox çətinliklər görərək bu yerə gəlib çıxmışam.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏHər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram. Yaxşı ki Allah məni belə yaradıb. Bəlkə də iki əlim olsaydı heç bu qədər uğurlu ola bilməzdim.
Əlinizin problemli olması ilə yanaşı bu qədər uğur əldə etmək həm də başqa insanlara stimuldur...
Onu da deyim ki, istər boşanmış, istərsə də həyat yoldaşını itirmiş qadınlar, hətta intihar etmək istəyən insanlar belə yazırlar ki, sizin müsahibələrinizi oxuduq və ikinci dəfə həyata bağlandıq.Düşündük ki, Allah bizə hər şey verib və biz isə onun verdiyi cana qıymaq istəyirik. Mən o insanlara deyirəm ki, 29 yaşından idmana və bu nailiyyətləri əldə etməyə başlamışam və hələ də davam edirəm.

İdmanın yaşı var?

Hər zaman deyirlər ki, idmanın müəyyən yaşı var. Mən isə deyirəm ki, insan nə qədər özünü gümrah, cavan hesab edirsə idmanla məşğul ola bilər. İdmanın yaşı yoxdur. Mənim artıq 40 yaşım var və sonuncu dəfə bu il Avropa çempionu oldum. Sən öz üzərində nə qədər çox çalışsan istədiyin nəticəni əldə edə biləcəksən.
Aynur xanım, bəzi insanlar müəyyən uğurlar qazandıqdan sonra deyirlər ki, çəkiləcəm kənara və öz biznesimlə məşğul olacam. Sizdə necə belə düşüncə varmı....
Artıq mənim Avropa və Dünya çempionatım var. Bizim ilk dəfə, 2020 Tokio Yay Olimpiya çempionatımız olacaq və o yarışa qatılacam. Var gücümlə çalışacam ki, birinci yeri qazanım. Bilirsiz, mən elə bir idmançı tanımıram ki, qeyri-hökumət təşkilatı yaratsın və hansısa bir xeyriyyə işi ilə məşğul olsun. Hamı öz biznesini qurur və yaxud digər əlavə işlərlə məşğul olur. Sizə əminliklə deyə bilərəm ki, bəlkə də yeganə idmançıyam ki, nə biznesim var, nə də elə fikirdə də deyiləm. Buna imkanım çatır, edə bilərəm amma marağında deyiləm. Heç vaxt milyonçu olmaq istəməmişəm. Çünki, Allah mənə nə veribsə, bəsimdir. Təbiətimdə yoxdur belə şeylər.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏƏlilliyi olan və ümidsizliyə qapılan gənclərə tövsiyyələriniz...

Allah məni əlilliyi olan insan kimi yaratsa da, mənə hər şeyi verdi, istədiyim arzularıma çatdırdı. Mən niyə insanlara kömək etməyim? Dörd ilə yaxındır əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiya ictimai birliyinin yaratmışam. Bu təşkilatı yaradandan sonra yüzlərlə əlilliyi olan uşaqların valideynləri mənə müraciət etməyə başladılar. Çünki onların da motivasiya olmağa ehtiyacları var. Yüzlərlə mənim kimi əlilliyi olan insanlar var və onlar özünə qapanırlar, gizlənirlər, həyat hekayələrini bölüşmürlər bu da iradə zəifliyindən irəli gəlir. Şükürlər olsun ki, Allah mənə bu gücü verib və mən bunu özüm kimi eyni zamanda digər insanlarla bölüşə bilirəm, onların motivasiya qaynağı ola bilirəm. Bu təşkilatı yartamaqla həmin insanları cəmiyyətə qaytarmağa çalışıram. Təşkilatımızda olan uşaqların yanında, arxasında mən varam və valideynlər də düşünürlər ki, övladları böyüyüb mənim kimi uğur qazanacaqlar.
Onu da deyim ki, İdman Akademiyasını bu il bitirdim və magistraturaya hazırlaşıram. Həmçinin ilin idmançısı seçilmişəm. Mənim üçün həyat bitməyib və davam edir.

"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏ"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏ"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏ"Hər zaman sübut etməyə çalışmışam ki, bacarmazsan deyilən hər şeyi bacarıram"-Dünya çempionu ilə MÜSAHİBƏFəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2419   Tarix: 25 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

AFFA "Neftçi"nin istəyini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətin təmin etməyib. "Qafqazinfo" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarş

26 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

"Real"ın gələcək futbolçusu sevgilisi ilə qəribə müqavilə imzaladı

Braziliyalı hücumçu Endrik sevdiyi qızla bir neçə qəribə bəndin yer aldığı müqavilə bağladığını bildirib. xarici mediaya istinadla bildirir ki, futbolçunun 17 yaşı olsa da, onu böyük gələcəyin gözlədiyi aydındır. 16 yaşında "Palmeiras"da debüt edib və 2022-ci ilin dekabrında "Real"

24 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel