Slaymın tərkibindəki bu maddə çox ciddi xəstəliklərə səbəb olur-HƏKİMLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ

Slaymın tərkibindəki bu maddə çox ciddi xəstəliklərə səbəb olur-HƏKİMLƏRDƏN CİDDİ XƏBƏRDARLIQUşaqların böyük marağına səbəb olan slaymların zərərləri barəsində mütəxəssislər həyəcan təbili çalır. Belə ki, dükanlarda satılan slaymların uşaqlarda xərçəngə, dəridə səpki və allergik xüsusiyyətli xəstəliklərə səbəb olduğu aşakarlanıb. Artıq bəzi ölkələrdə bu slaymlar qadağan olunaraq mağazalardan kütləvi şəkildə yığışdırılır. Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Tibb Universitetinin birinci uşaq xəstələri kafedrasının dossenti, həkim pediatr Nigar Sədiyeva mözu ilə bağlı Sonxeber.az-a danışıb. O, bildirib ki, slaymların zərərlərindən danışmazdan öncə, onun içində olan bir maddə barədə məlumat vermək istəyir:
"Bu "boraks" maddəsidir ki, həm uşaq orqanizminə, həm də təbiətə ziyan vura biləcək maddədir. Boraks quruluş olaraq nədir? Su,oksigen, natrium və bor elementlərinin birləşməsindən əmələ gəlmiş kimyəvi maddədir. Onun ağardıcı və hər hansı bir şeyin kiflənməsinin qarşısını ala bilən təsirləri var. Bir zamanlar müəyyən gigiyenik təmizləmə üçün ondan istifadə olunurdu. Amma hazırda Amerikada istifadəsi qadağan olunmuş bir maddədir. Belə bir maddənin bizim uşaqlarımızın əlinə, ovcuna gəlməsi əlbəttə ki, onların sağlamlığı üçün çox mənfi nəticələr yarada bilər. Digər tərəfdən, slaym xəmirindəki boraksın istifadəsi dəridə ciddi problemlərə qaşınma, eqzema hətta qara ciyər və mərkəzi sinir sistemində zədələnmələrə gətirib çıxarmaqdadır. Təbii ki, ailələr belə maddələri istifadə etdikdən sonra, onu açıq şəklildə zibil qutusuna atırlar. Boraks çox təhlükəli maddə olduğu üçün onun o artıqları belə təbiətə və heyvanlara zərər vermək xüsusiyyətinə malikdir. Slaym xəmirinin içində olan həmin o, "boraks" maddəsinin ən qorxunc tərəfi uşaqların bilmədən ağzına almaları və tənəffüs yolların getməsidir. Bu, əlbəttə ki, ölümə səbəb ola biləcək təhlükəli bir riskdir.
Digər tərəfdən hansı qrup həstəliklərə gətirib çıxara bilər?
Dəri xəstəliklərinə, alergik xəstəliklərə və bizi narahat edən tərəfləri həm də bundan asılılığın yaranmasıdır. Ona görə bu baxımdan belə maddələrdən istifadə olunmamamsını tövsiyə edərdik.
Eyni zamanda slaym xəmirlərinin içində dırnaq laklarında olan müxtəlif boyalar, köpüklər kimi maddələr də qatılmaqdadır. Bunlarla uşağın birbaşa təması alergik, toksiki reaksiyalara, zəhərlənmələrə gətirib çıxara bilər. Ona görə də uşaqları belə maddələrdən ciddi şəkildə uzaq tutmaq lazımdır. Valideynlərin uşaqlara belə oyuncaqlar almalarını yox, birlikdə ünsiyyət quraraq aktiv oyunlara üstünlük vermələrini tövsiyə edərdim".

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a danışıb. O, bildirib ki, Azərbaycanda bu cür malların ümumiyyətlə ekspertizası aparılmır. Yalnız təhlükəsiz olması barədə məlumat verilir, lakin heç bir tədqiqat getmir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya etmiş olaraq, eləcə də, dünyanın məlumat sistemindən belə zərərli məhsullar barədə məlumatlar olduğu zaman onlar bazardan çıxarılmalıdır.Azərbaycanda slaymların qarşısını almaq üçün heç bir tədbir görülmür. Düşünürəm ki, dünya təcrübəsində nə varsa, Azərbaycanda da öz mənfi izlərini qoyur və bu mallar rahat şəkildə, açıq-aşkar satılır. İstehlakçılara tövsiyə edirəm ki, əgər bu cür mallar qoxu verərsə, rəngi çıxarsa bunları almaq lazım deyil. Çünki həmin qoxu və rəngi çıxan maddələr uşaqların organizminə keçərək müxtəlif xəstəliklərin təməlini qoyur. Qeyd edim ki, Azərbaycanda satılan bu kimi malların əksəriyyəti sertifikatlaşdırılmır və heç bir yoxlamadan keçmir.

Fəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1983   Tarix: 27 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr