Bakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLAR

Manatın devalvasiyası avtomobillərə tələbatın azalması ilə yanaşı onların qiymətini də aşağı salıb. Dolların manat qarşısında kəskin bahalaşması xüsusilə ikinci əl avtomobillərinin qiymətində ciddi enmələrə səbəb olub. Nəticədə indii o qədər də böyük olmayan məbləğə köhnə, amma saz vəziyyətdə olan avtomobil almaq olar. Belə avtomobillərin istehsal tarixləri köhnə olsa da, hər halda "ayağı yerdən götürməyə" qadirdir. Manatın 2-ci dəfə ucuzlaşmasından sonra köhnə avtomobil sahibləri də satışı manatda deyil, dollarla aparırlar. Fins.az cəmi 1000 manata almaq mümkün olan avtomobilləri təqdim edir.

512-650 dollara "VAZ 2106" almaq olar

1000 manat və daha ucuz satılan avtomobillər sırasında ilk yeri "VAZ 2106" markalı avtomobillər tutur. "VAZ"ların bu modelinin yaşı 30-dan çox olsa da, qiymətləri münasibdir. Məsələn, hazırda 512 -650 dollar arasında 1978-88-ci illərə aid 1.3-1.6 l mühərrikli "VAZ 2106" avtomobillərini almaq mümkündür. Mexaniki sürət qutulu avtomobillərin yürüş məsafəsi isə 700-800 min kilometrdir. Bakıda belə maşınlara yuxarıdan aşağı baxırlar, amma bölgələrdə "06"lar ən sərfəli nəqliyyatdır – həm dözümlüdür, həm də təmir xərcləri aşağıdır.

500 dollara "Daewoo"

Digər köhnə avtomobillərə nisbətən "Daewoo"lar daha ucuz satılır və istehsal tarixləri yenidir. Bunlar əsasən 170-200 min kilometr sürülmüş 1994- 1997-ci ilin 1.6-2.0 l motorlu avtomobilləridir. 20 il bundan əvvəl belə maşınlara sahib olmaq hər bir Bakı sakininin arzusu idi, indi isə "Daewoo" modellərini 500 dollara almaq mümkündür. Məsələn, işlək vəziyyətdə olan, təkərləri yenilənmiş, yüngül lehimli diskli və kondisionerli 2.0 l mühərrikli "Daewoo Espero" 503 dollara (780 manat) satılır.

500 dollara türk və isveç maşını

500 dollara satılan ikinci əl avtomobillər "Volvo" və "Tofas"larda var. Məsələn, 1990-cı ilə aid 1.6 l mühərrikli "Tofas" və 1986-cı ilin 2.3 l mühərrikli "Volvo 740" avtomobilini bu qiymətə almaq olar. Avtomobillər ucuz olmaqla yanaşı, digərlərinə nisəbətən daha az sürülüb. Belə ki, hər iki avtomobilin yürüş məsafəsi 100 min kilometrdən artıq deyil.

500- 640 dollara "VAZ 21011"

Azərbaycanda əvvəllər çox sevilən rus avtomobillərindən biri də "VAZ 21011" avtomobili olub. Hazırda daha çox satılan ucuz avtomobillər sırasında bu avtomobillərdə yer alıb. 1975-1989-ci illərdə istehsal edilən bu avtomobillərin qiyməti 500- 640 dollar arasında dəyişir. Avtomobillər həm nəğd şəkildə, həm də barter üsulu ilə satılır. 500 dollara satılan "VAZ 21011"in kiçik təmirə ehtiyacı olsa da, 600-640 dollara tam işlək vəziyyətdə yürüş məsafəsi 100-150 min kilometr olan avtomobil almaq mümkündür.

576-700 dollara "OPEL"

Ucuz və işlək avtomobillər siyahısında "Opel" avtomobilləri də var. Daha çox rast gəlinən satış elanları isə "Vectra" və "Omega" avtomobilləri ilə bağlıdır. 1991-1994-cü ilin "Opel"ləri 576-700 dollara satılır. Məsələn, 1.8 l mühərrikli Opel Vectra avtomobilini hazırda Bakıda 700 dollara almaq mümkündür. İstehsal tarixi bir qədər köhnə olan 200 min kilometr sürülən 2.0 l mühərrikli "Omega"modeli 576 dollara təklif edilir.

500-641 dollara "Renault 12 Toros"

Bakıda taksi kimi sürülən "Renault 12 Toros" avtomobilləri də ucuz avtomobillər sırasında yer alıb. İstehsal tarixi 1995-ci il olan 1.2 -1.4 l mühərrikli bu avtomobillər Bakıda hazırda 500- 641 dollara satılır. 250-280 min kilometr sürülən bu avtomobilləri hələ də taksi kimi istifadə etmək olar.

690-700 dollara "VAZ 2107"

Ikinci əl avtomobil bazarında "VAZ 2106" və "VAZ 21011"lə yanaşı, ucuz qiymətə "VAZ 2107" də almaq mümkündür. 1983-1900-c illərin "VAZ 2107"ləri hazırda 690-700 dollara satılır. Yürüş məsafəsi 150 -200 min kilometr olan bu avtomobilləri də həm nəğd şəkildə, həm də barter üsulu ilə almaq mümkündür.Məsələn, Bakıda 1983-cü ildə istehsal edilən 1.6l mühərrikli benzin mühərrikli mexaniki sürət qutulu "VAZ 2107" 700 dollara satılır. Avtomobili həm də barter etmək mümkündür.

Bu avtomobilləri kimlər alır?

Avtomobil bazarında 500-1000 manatlıq ən köhnə avtomobillərin də alıcıları var. Badamdar avtomobil bazarından satıcı O.Şamxalov fins.az-a bildirib ki, belə avtomobilləri əsasən avtomobil ustaları və alverçilər alırlar: "1990-cı illərin köhnə "Opel", "Mercedes" avtomobillərini 500-800 manata alıb Gürcüstana aparırlar". Avtomobil orada təmir edildikdən sonra Bakıya gətirilib 2500-3000 manata satılır. Satıcının sözlərinə görə, alverçilərlə yanaşı ucuz avtomobilləri adi alıcılar da axtarır. Belələri "ayağımı yerdən götürməyə avtomobilim olsun"- deyə fikirləşənlərdir.
Bakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLARBakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLARBakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLARBakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLARBakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLARBakıda 1000 manata satılan avtomobillər - SİYAHI + FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9858   Tarix: 24 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021