Yeni il gecəsi üçün ilhamverici saç stilləri - FOTO
Yeni il elə bir bayramdır ki, hər bir qız həmin gecə hamıdan cazibədar görünmək istəyir. Bayramı sevsəniz və ya sevməsəniz də, parıltılı libasları geyinmək üçün gözəl bir bəhanədir. Zərif cinsin nümayəndələri bayrama həftələr öncəsindən hazırlıqlara başlayır, bazarlıq edir, menyu tərtib edir, bayram obrazları və makiyaj üzərində düşünür, əlbəttə ki, saç düzümü haqqında unutmaq olmaz.
Publika.az modapərəstlərin bayram obrazı üçün ulduzların qırmızı xalı çıxışlarından ilham verən bir neçə saç düzümü seçib.
Bərbəzəkli abadoklar
Romantik, dəbdəbəli və müasir... Saç bəzəkləri ötən mövsümün ən populyar aksessuarlarından birinə çevrildi. Xüsusilə məxmər abadokları demək olar ki, bütün fəşn blogerlərin başında gördük. Yeni il gecəsində bu populyar üslubdan istifadə edin! Romantik geyimlərə uyğun abadok və saç lentləri obrazın əla tamamlayıcısı olacaq.
Hündür yığılmış at quyruğu saç stili
At quyruğu saçlar əsasən dinamik geyimlər üçün idealdır. Biserli və ya zərli libasların fonunda sıx yığılmış saçlar daha səliqəli təsir bağışlayır. Yuxarıda toplanmış sıx at quyruğu ilə modern və gənc görünəcəksiniz.
Saç toqqaları
Utanmayın, nə qədər toqqa varsa, telinizə düzün. Bu il stilistlər saçları istənilən sayda saç toqqaları ilə bəzəməyə icazə verir. Toqqa çılğınlığı Yeni il şənliyində lap yerinə düşər. Svarovski və ya mirvari ilə işləməli toqqalar sizi gecənin ulduzu edəcək.
Saç lentləri
Uşaqlığı yada salan saç lentləri məsumluğunuzu üzə çıxaracaq. Belə saç bəzəkləri ötən il qırmızı xalı mərasimlərinin əvəzedilməz bəzəyi idi. Paltarınıza nostalji əlavə edən lentləri istər yarımçıq, istərsə də tam yığılmış saçlarla istifadə edə bilərsiniz. Stilistlər onları çiyin dekolteli libas və bluzlarla kombinə etməyi tövsiyə edir. Romantika və seksuallığın vəhdəti sayəsində unudulmaz obraz yarada biləcəksiniz.
Düz kare saç
Klassikanı heç nəyə dəyişə bilməyənlər üçün ortadan ayrılan düz saçlar eynilə at quyruğu yığımı kimi bərbəzəkli, gümüşü və ya qızılı geyimlərlə daha çox yaraşacaq.
Hörüklər
Tül, gipür və krujeva donları hörüklərsiz təsəvvür etmək olmur. Odur ki, dağınıq toppuzlara hörüklər əlavə edib romantikanı bir qədər də artırın.
Açıq dalğalar
Dağınıq dalğalar xüsusilə ombre saçlarda effektli təsir yaradır. Yeni il şənliyi üçün şalvar və ya kostyum seçmisinizsə, saçları açıq qoyun. Romantik dalğalar kostyumun sərtliyini yumşaldacaq.
Buruqlar
Təbii saçlarınız dalğalı, qıvrım və ya buruqdur? O zaman təbii gözəlliyinizi nümayiş etdirməyi arzu edirik. Niyə? Çünki bu mövsüm qıvrım və təbii buruqlar olduqca dəbdədir. Yan tərəfdən ayrılmış saçlar daha həcmli görünür. Bu saç tərzi ilə ən sadə əlbisənizə bayram ovqatı, üsyankar və cəlbedici ruh əlavə edə biləcəksiniz.
İki toppuz
Düyünlü toppuzlar hər məclis üçün uyğun ola biləcək saç düzümü deyil. Ancaq "Ulduz müharibələri" ilə məşhurlaşan iki toppuz, ilin ən əyləncəli gecəsi üçün uğurlu seçimdir.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA