"Üçüncü dünya müharibəsi başlaya bilərmi?"- RƏYLƏR

"Üçüncü dünya müharibəsi başlaya bilərmi?"- RƏYLƏRABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında "Həşd Şabi"yə məxsus iki avtomobilə avia zərbələr endirib. Hücum nəticəsində "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs ilə "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirib. ABŞ müdafiə nazirliyinin yaydığı məlumata görə hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunuun "Qüds" qüvvələri üzrə komandanı general Qasım Süleymani də dünyasını dəyişib. Bir çoxları Qasım Süleymaninin öldürülməsinin üçüncü dünya müharibəsinə səbəb olacağı ilə bağlı fikirlər səsləndirirlər.

Bununla bağlı Sonxeber.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, böyük dövlətlər böyük müharibənin qarşını almağa çalışacaqlar: "Ancaq bölgədə vəziyyət bir müddət gərgin olacaq. İran intiqam alsa, Amerika bunu cavabsız qoymayacaq. İraq parlamenti Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib. İraq parlamenti belə bir qərar qəbul etmək məcburiyyətində idi. Bağdad iranlı generalın İraq ərazisində öldürülməsinə görə Amerikaya hansısa şəkildə etiraz etməli idi. Ancaq Bağdadın Amerikaya həddən artıq sərt mövqe sərgiləməsi İraq hökumətinə problem yarada bilər. İraq parlamentindəki səsvermədə kürd və sünni millət vəkilləri iştirak etməyiblər. Bu isə o deməkdir ki, Amerika İraqın şimalındakı kürdlərdən Bağdada təzyiq məqsədi ilə istifadə edə bilər, üstəgəl İraqdakı sünni qruplar da İranın bölgədə fəallığının əleyhinədirlər".

Elxan Şahinoğlu söyləyib ki, bütövlükdə isə dünya İranın cavab aksiyasına hazırlaşır və cavabın miqyasının böyük olmamasını arzulayır ki, Avrasiya bölgəsi müharibəyə sürüklənməsin: "Təsadüfi deyil ki, İran prezidenti və xarici işlər nazirinə zəng edənlərin sayı-hesabı yoxdur. Müxtəlif ölkələrin, o cümlədən İrana qonşu ölkələrin rəsmiləri Qasım Süleymanini ölümü ilə əlaqədar Tehrana başsağlığı verməklə yanaşı, iranlı həmkarlarını sərt addımlardan çəkindirməyə çalışırlar. Avropa da narahatdır. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Cavad Zərifi Brüsselə dəvət edilib. Ancaq müharibə şəraitində əsas söz sahibi hərbçilərdir. İranın dini lideri Əli Xamaneinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan Amerikanın CNN kanalına müsahibəsində deyib ki, Amerikanın hərbi məntəqələrinə hücum hazırlayırıq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ İran gərginliyi SEPAH Qüds briqadasının komandirinin Q. Süleymanin öldürülməsi ilə kuliminasiya nöqtəsinə gəldi: "Bu İran üçqn gözlənilməz idi və Vaşinqtonun Tehrana qarşı artıq dözümlülüyünün əyani göstəricisidir. Artıq ABŞ bununla İrana qarşı qətiyyətlə mübarizə aparacaqları mesajını verdi. Bu heç də geniş müharibəyə gətirməyəcək. Əgər, ABŞ -ın hərbi bazalarına qarşı İran hücumlar həyata keçirərəsə, ABŞ cavab zərbələri endirib, İranln infrastrukturunu dağıdar. Amma, Rusiya və Çin bu müharibədə maraqlı deyil. Çünki, regionda baş verən müharibə Rusiya, Çin kimi dövlətlərin maraqlarına uyğun deyil. İranın sıradan çıxarılmasında bu ölkələrdə imkan verməz. Hesab edirəm ki, Avropa İttifaqı ABŞ İran arasında vasitəçilik etməklə çalışacaq ki, müharibənin qarşısı alınsın. 3-cü dünya müharibəsinin baş verməsi dağıdıcı və yeni işğallara gətirə bilər. Hesab edirəm ki, 3 cu dünya müharibəsinin başlanması üçün əsaslı səbəblər yoxdur".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5780   Tarix: 06 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto - Yenilənib

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib

21 avqust
.

İlham Əliyevin UzA müsahibəsi: Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat

21 avqust
.

Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi

"Müəllimlər, bunu valideynlərə bildirin, hamı məktəbli formasını Tamirin mağazasından alsın! Aldığınız geyimlər haqqında mənə məlumat verin, çünki məndən də hesabat tələb olunur". Xəzər TV-yə istinadən xəbər verir ki, bu səs yazısının Göyçay rayonunun Çərəkə kənd 2 saylı tam orta məktəbin direkto

21 avqust
.

Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA

2026-cı ildə pensiyaların 9,3 faiz indeksləşdirilməsi növbəti ildə də artımın hansı həcmdə olacağı ilə bağlı gözləntiləri artırıb. Qanunvericiliyə əsasən, əmək pensiyalarının sığorta hissəsi hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bəs, 2026-cı ild

21 avqust
.

Uzaqgörən liderlik və Azərbaycanın uğurlu xarici siyasəti

Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Geosiyasi rəqabətin, iqtisadi qarşıdurmaların, təhlükəsizlik çağırışlarının və yeni əməkdaşlıq formatlarının meydana çıxdığı bir dövrdə dövlətlərin qarşısında mühüm vəzifələr dayanır. Belə şəraitdə ölkənin milli maraqlarını qorumaq, beynəlxalq münasibətlə

22 avqust
.

Üzərinə ağac aşan avtomobilin ziyanını kim ödəməlidir? - AÇIQLAMA

Avtomobilin üzərinə ağac aşması nəticəsində yaranan zərərin kimin tərəfindən ödənilməsi ağacın yerləşdiyi ərazi, ona qulluq və nəzarətə cavabdeh qurumun müəyyən edilməsi ilə bağlıdır. Belə hallarda avtomobilin icbari sığortası adətən bu zərəri qarşılamır, çünki bu sığorta avtomobilin istifadəsi nəticəsind

21 avqust
.

39 yaşlı kişi maşında infarkt keçirib öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi "VAZ 2107" markalı 90 LF 064 nömrə nişanl

21 avqust
.

Uşaq xəstəxanasındakı antisanitar vəziyyət ilə bağlı TƏBİB-dən AÇIQLAMA - VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yaranması ilə bağlı iddiaya münasibət bildirib. TƏBİB-dən -ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. "Sosial şəbəkələrdə yayıla

21 avqust
.

İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub. Bu barədə -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, avqustun 20-si saat 12:15-də Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verən yol-nəqliyya

20 avqust