Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: Kiyevdə ticarət mərkəzi vuruldu, enerji infrastrukturu zərər gördü
Rusiya ilə Ukrayna arasında davam edən müharibədə gərginlik yenidən artıb. Rusiyanın Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində mülki obyektlərə, enerji infrastrukturuna və yaşayış məntəqələrinə ziyan dəyib. Diplomatik müstəvidə müharibənin dayandırılması ilə bağlı müzakirələr davam etsə də, cəbhədə hərbi əməliyyatlar səngimir.
Noyabrın 26-na keçən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Hücum nəticəsində ticarət mərkəzi, sənaye obyekti və digər tikililər zərər görüb. Kiyev şəhər administrasiyasının məlumatına görə, azı 7 nəfər xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib, iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə ərzində 113 pilotsuz uçuş aparatı, o cümlədən 76 reaktiv mühərrikli dron buraxdığını açıqlayıb. Hava hücumundan müdafiə qüvvələrinin 87 dronu zərərsizləşdirdiyi bildirilib.
Bununla yanaşı, Rusiyanın noyabrın 25-də Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində beş regionda elektrik təchizatında problemlər yaranıb. Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa və Xarkov vilayətləri hücumlardan təsirlənib. Ukraynanın enerji sektorunun məlumatına görə, Zaporojye və Dnepropetrovskda vəziyyət xüsusilə çətindir. DTEK şirkəti hücum nəticəsində istilik elektrik stansiyalarından birinin fəaliyyətini dayandırdığını bildirib. Poltava vilayətində isə qaz hasilatı obyektində baş verən yanğın səbəbindən əməliyyatlar müvəqqəti dayandırılıb.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə hücumları mülki əhali arasında da itkilərə səbəb olub. Noyabrın 25-də qeydə alınan hücumlar zamanı azı beş nəfərin öldüyü, onlarla insanın yaralandığı barədə məlumat yayılıb. Zaporojye və Dnepropetrovsk vilayətlərində enerji obyektlərinin zədələnməsi bölgədəki vəziyyəti daha da ağırlaşdırıb.
Diplomatik müstəvidə də diqqətçəkən açıqlamalar səsləndirilib. ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte görüşdən sonra Rusiyanın müharibəni daha da genişləndirə biləcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıblar. Floridada keçirilən görüşdən sonra yayılan bəyanatda münaqişənin mümkün qədər tez sülh yolu ilə həll edilməsinin əhəmiyyəti qeyd olunub.
Digər tərəfdən, ABŞ Ukraynanın hərbi imkanlarının gücləndirilməsi istiqamətində yeni addım atıb. ABŞ Dövlət Departamenti Ukraynaya F-16 qırıcı təyyarələrinin texniki təminatı və əlaqəli avadanlıqların mümkün satışını təsdiqləyib. Müqavilənin təxmini dəyərinin 621,9 milyon dollar olduğu bildirilir. Razılaşma təyyarələrin istismarının davam etdirilməsi üçün zəruri avadanlıqların və texniki xidmət imkanlarının təmin edilməsini nəzərdə tutur.
Müharibənin humanitar nəticələri ilə bağlı da yeni məlumat açıqlanıb. ABŞ və Rusiya tərəfinin məlumatlarına əsasən, ailələrindən ayrı düşmüş daha 9 ukraynalı uşaq yaxınlarına qaytarılıb. ABŞ-nin birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə həyata keçirilən proses çərçivəsində ailələrinə qovuşdurulan uşaqların ümumi sayının 43-ə çatdığı bildirilib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb