"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV

"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV"Avropa ölkələrinin liderləri arasında Vladimir Putinlə birbaşa dialoqun bərpası məsələsinin yenidən gündəmə gəlməsi, əslində, Avropanın təhlükəsizlik və xarici siyasət strategiyasında yeni mərhələnin başlandığını göstərir. Mən bunu Rusiyaya qarşı yürüdülən siyasətdən geri çəkilmə kimi deyil, mövcud geosiyasi reallıqların yenidən qiymətləndirilməsi kimi qəbul edirəm.

Çünki Avropa artıq anlayır ki, Ukrayna müharibəsinin uzanması təkcə hərbi məsələ deyil, həm də ciddi iqtisadi, siyasi və sosial nəticələr doğurur. Enerji təhlükəsizliyi, müdafiə xərclərinin yüksəlməsi, iqtisadi rəqabət, daxili siyasi gərginlik və seçicilərin müharibə yorğunluğu Avropa liderlərinin qərarlarına təsir edən mühüm amillərə çevrilib." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, digər tərəfdən, ABŞ-də Donald Trampın xarici siyasət yanaşması Avropanı öz strateji məsuliyyətini daha ciddi düşünməyə vadar edir. Avropa istəmir ki, onun gələcək təhlükəsizliyi ilə bağlı qərarlar yalnız Vaşinqton və Moskva arasında müəyyənləşdirilsin. Bu səbəbdən Putinlə dialoqun bərpası təşəbbüsləri həm də Avropanın danışıqlarda siyasi subyektliyini qorumaq cəhdi kimi qiymətləndirilməlidir.

Burada Avropanın daxilində baş verən siyasi dəyişiklikləri də nəzərə almaq lazımdır. Bir sıra ölkələrdə Rusiyaya münasibətdə daha praqmatik, sanksiyaların yumşaldılmasını və Ukrayna müharibəsinin diplomatik yollarla başa çatmasını müdafiə edən siyasi qüvvələrin güclənməsi ənənəvi siyasi elitanın mövqeyinə də təsir göstərir. Bu, Avropanın siyasətində müəyyən dəyişikliklər üçün siyasi zəmin yaradır.

Ancaq Putinlə dialoqa hazır olmaq Rusiyanın bütün şərtlərini qəbul etmək, Ukraynaya dəstəkdən imtina etmək və ya Avropanın təhlükəsizlik prinsiplərini dəyişmək demək deyil. Avropa bir tərəfdən müdafiə imkanlarını artırır, digər tərəfdən isə diplomatik kanalların açıq saxlanmasının vacibliyini anlayır.

Hesab edirəm ki, hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır. Avropa həm Rusiyanın yaratdığı təhlükələri nəzərə almalı, həm də müharibənin daha geniş geosiyasi qarşıdurmaya çevrilməsinin qarşısını almağa çalışmalıdır.

Əslində, bu gün əsas sual Avropanın Putinlə danışıb-danışmaması deyil. Əsas sual budur: Avropa gələcək təhlükəsizlik arxitekturasını hansı şərtlərlə, hansı siyasi prinsiplərlə və nə dərəcədə müstəqil şəkildə formalaşdıra biləcək?

Düşünürəm ki, məhz bu sual qarşıdakı dövrdə Avropa siyasətinin əsas istiqamətini müəyyən edəcək." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 309   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021