Xəftər Moskvada atəşkəsi niyə imzalamadı?-Pərdəarxası məqamlar

Xəftər Moskvada atəşkəsi niyə imzalamadı?-Pərdəarxası məqamlarLiviya Milli Ordu Komandiri Xəlifə Xəftər dünən atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrıldı.
Bəs nə üçün Xəftər masanı tərk etdi?
Liviyada proseslərin inkişafı necə davam edəcək?

Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, əslində Xəftərin o müqaviləni imzalamamasının səbəbi çox aydındır:
"Çünki Xəftərin heç bir siyasi strukturlaşması yoxdur. O, Liviya məsələlərində nə edirsə, ancaq ordunun gücü ilə edir. Amma ondan qabaq Liviyanın iki təmsilçisinin hərbidə gücü Xəftərdən bəlkə də az idi. Sadəcə onların əhali arasında siyasi strukturlaşma və dəstəkləri vardı. Ona görə də Xəftər silahsızlaşdırmanı, yəni, qoşunların geri çəkilməsini qəbul edə bilməzdi. Xəftər müqaviləyə ona görə imza atmadı ki, o, oradan qoşunları çıxarmalı, dinc proseslərdən istifadə etməlidir. Xəftərin ondan başqa silahı yoxdur. Sadəcə Xəftər çalışdı ki, ora tarix yazdırsın. Tutaq ki, Xəftər 6 ay ərzində və yaxud 6 aydan sonra oradan çıxmalıdır amma o, bununla razılaşmadı. Liviyanın Milli Hökuməti özünü bu gün oradakı prosesləri siyasi baxımdan tənzimləməyə hazır hesab edir. Hadisələr hansı istiqamətdə gedir? Yəni nə qədər maraqlı olsa da, məhz Xəftərin müqaviləyə imza atmaqdan imtina etməsi ilə Rusiyanın Kipr sahillərinə donanma göndərməsi informasiyası eyni vaxta təsadüf etdi. Faktiki Xəftərin müqaviləyə imza atmaması, Liviya məsələlərində Türkiyənin mövqeyinin güclənməsi, Rusiyanın mövqeyinin isə zəifləməsi anlamını daşıyır. Ona görə də Rusiya hazırda imkan verə bilməz ki, Türkiyə Liviyada güclənsin. Hazırda Liviyada elə vəziyyətdir ki, normal siyasi şərtlərə, beynəlxalq hüquq normalarına uyğun hazırlanan müqavilədən məhz Rusiyanın öz adamı imtina edib. Rusiya da bunu özünə təhlükə görən kimi Kiprə donanma yeridəcəyini bildirdi. Niyə donanma? Çünki, Kipr ilə Türkiyə arasında böyük mübahisə var. Bilirsiniz ki, Kiprə yaxın ərazidə neft-qaz yatağını Türkiyə özününkü kimi bilir və hazırda Türkiyə orada kəşfiyyat işləri aparır. Kipr və Yunanıstanın yalnız bəyanat verməyə gücü çatır. Çünki Türkiyə ordusu onların hər ikisindən daha güclüdür. Belə ki, Kipri hərbi baxımından Türkiyəyə qarşı gücləndirməkdən ötrü Rusiya öz qoşunlarını Kiprə göndərdi. Hadisələrin inkişafı yaxın zamanlarda Liviya ətrafında birbaşa olmasa da, dolayı prizmadan gərginləşəcək. Rusiya başa düşür ki, Liviya məsələsi üzrə BMT-nin patronajı altında Berlin konfransında da uduzacaq. Ona görə Rusiya indidən belə bir addımı atıb".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3686   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021