"Azərbaycan Xorvatiyada geniş investisiyalı layihələr həyata keçirə bilər"-RƏY

"Azərbaycan Xorvatiyada geniş investisiyalı layihələr həyata keçirə bilər"-RƏYPrezident İlham Əliyev Davosda bir sıra xarici ölkələrin nümayəndələri və şirkət rəhbərləri ilə işgüzar görüşlərini davam etdirib. Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüş, ölkələr arasındakı strateji tərəfdaşlığı təsvir etməyə imkan verir.

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, hazırda dünyada olan qlobal, maliyyə problemləri dünya iqtisadiyyatında yaranan vəziyyət, Azərbaycanın Mərkəzi və ya Şərqi Avropa region və dövlətləri ilə münasibətinə pis təsir edib:
"Amma vaxtı ilə bizim Mərkəzi və Şərqi Avropada çox ambisiyalı planlarımız olub. Azərbaycanın Mərkəzi və Şərqi Avropada əməkdaşlıq üçün seçdiyi ilk dövlətlərdən biri Serbiya idi. Biz doğrudan da Serbiya üçün çox faydalı bir dövlət olduq. Serbiyanın daxilinə çox güclü investisiya qoyduq. Əslində tarixən Serbiya özünü ermənilərə yaxın bir dövlət kimi təsvir edib. Yəni doğrudan da etnik, dini baxımdan, Osmanlı İmperiyasına münasibət baxımından Serbiya ilə Ermənistanın arasında əlaqələr var. Əslində Azərbaycan Serbiyanı anti-türk cinahından çıxarda bildi. İndi bizim Serbiya üzərində apardığımız iş, Serbiyanın ətrafında olan dövlətlərdə də Azərbaycan haqqında çox müsbət imic yaradıb. Xorvatiya, Monteneqro əsasən keçmiş Yuqoslaviyanın tərkib hissəsində olan dövlətlər də Azərbayca çox böyük maraq göstərdilər. İndi də Xorvatiya kifayət qədər ciddi iqtisadi problemlər yaşayır. Xorvatiya görür ki, Serbiya belə problemlərin məngənəsində olanda Azərbaycan onu xilas etdi. Xorvatiya da bu niyyətlə, bu ehtiyyatla Azərbaycan Prezidentinə üz tutur. Elə başa düşürəm Azərbaycanın imkanları o qədər çox olacaq ki, Xorvatiyanı bu vəziyyətdən çıxarda biləcək. Xorvatiyanın özünün iqtisadi cəhətdən üstünlükləri var amma Xorvatiyada elə üstünlüklərdir ki, onlar bizdə daha yaxşıdır.Xorvatiyanın ən birinci Azərbayacana təqdim etdiyi gəmiqayırma idi ki, artıq Azərbaycan dünya sularında üzə bilən tanker istehsal etmək gücündədir. Xorvatiya Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlıq təklif etmişdi. Amma görürüsünüz ki, Azərbaycan özünün daxilində əczaçılıq sənayesini inkişaf etdirmək üçün əsas tərəfdaşları olaraq artıq İran və Rusiyanı seçib. Amma turizm sahəsində əlaqələri genişlətməklə Azərbaycan Xorvatiyada geniş investisiyalı layihələr həyata keçirə bilər.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1987   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021