Putinin yeni təyin etdiyi nazirlər... - Cəmi bir qadın var

Putinin yeni təyin etdiyi nazirlər... - Cəmi bir qadın varXəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin yeni hökumətin tərkibini təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, illərdir hökumətdə fəaliyyət göstərən bəzi nazirlərin yeni tərkibdə qalıb-qalmayacağı sual altında idi. Bunlardan biri 2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən 69 yaşlı Sergey Lavrovla bağlı idi. Hətta o, Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət yanvarın 5-də istefaya getdikdən sonra jurnalistlərin ona vəzifə alıb-almayacağı barədə ünvanladığı suala cavabında heç bir fikri olmadığını bildirmiş, bugünə qədər gördüyü işləri şərh edərək vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini söyləmişdi. Ötən gün açıqlanan siyahıda Lavrovun yenə də XİN rəhbəri kimi vəzifəsini yerinə yetirəcəyi məlum olub.

Dövlətin önəmli strukturlarından birinə - Müdafiə Nazirliyinə rəhbərlik edən Sergey Şoyqu da postunu itirməyib. Belə ki, 2012-ci ildən Müdafiə naziri olan 64 yaşlı Şoyqu vəzifəsini eynilə icra edəcək.

2012-ci ildən Daxili İşlər naziri olan 58 yaşlı Vladimir Kolokoltsev də Putinin fərmanı ilə yeni tərkibdə qalıb.

Energetika naziri Aleksandr Novak da öz postunda qalıb. Qeyd edək ki, 48 yaşlı Novak 2012-ci ildən sözügedən vəzifəni icra edir.

Nəqliyyat naziri Yevgeni Ditrix (2018-ci ildən), Sənaye və Ticarət naziri Denis Manturov (2012-ci ildən), Təbii Resurslar və Ekologiya naziri Dmitri Kobılkin (2018-ci ildən), Kənd Təsərrüfatı naziri Dmitri Patruşev (2018-ci ildən), İnşaat, Mənzil və Kommunal Xidmətlər naziri Vladimir Yakuşev (2018-ci ildən), Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə edilməsi naziri Yevgeni Ziniçev (2018-ci ildən), Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksandr Kozlov (2018-ci ildən), Maliyyə naziri Anton siluanov (2018-ci ildən) yenə də hökumətin tərkibində təmsil olunacaqlar.

Bundan əlavə, dövlət başçısının fərmanına əsasən, bir neçə quruma yeni rəhbərlər təyin edilib.

Mədəniyyət naziri postuna 40 yaşlı Olqa Lyubimova təyin olunub. O, bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsini icra edib.

Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri naziri postuna Maqsud Şadayev gətirilib. 1979-cu il təvəllüdlü Şadayev "Rostelecom" Rəqəmsal platformalar üzrə vitse-prezident işləyib.

Səhiyyə Naziri postuna Mixail Muraşko təyin edilib. Bu təyinatına qədər "Roszdravnadzor"a (Səhiyyə Nəzarəti Federal Xidməti") rəhbərlik edib.

45 yaşlı Sergey Kravtsov Təhsil naziri təyin olunub. Yeni vəzifəsinə qədər "Rosobrnadzor"a ("Federal Təhsil və Elm Nəzarəti Xidməti")a rəhbərlik edib.

1964-cü il təvəllüdlü Oleq Mattısın İdman naziri vəzifəsinə gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna 1980-ci il təvəllüdlü Anton Kotyakov gətirilib.

40 yaşlı Maksim Reşetnikov İqtisadi İnkişaf naziri təyin edilib.

Ədliyyə naziri vəzifəsinə 54 yaşlı Konstantin Çuyçenko, Elm və Ali təhsil naziri postuna isə 41 yaşlı Valeri Falkov təyin olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4858   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Meyiti yanan konteynerdə tapıldı: Dostu qətli etiraf etdi - "O mənim arvadım ilə..."

Aprelin 19-da Türkiyədə Şakir Topçu adlı şəxsin həyətindəki konteynerdə yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın söndürülüb. Aparılan araşdırma zamanı konteynerdə Şakir Topçu adlı şəxsin cansız bədən tapıldı. Cəsəd Ədliyyə Tib

26 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü

Rusiyanın Yekaterinburq şəhərindəki "Vtorçermet"də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb. yerli KİV-ə istinadla bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb. Məlumat

26 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel