"Azərbaycanda qlobal iqtisadi əhəmiyyətli bir mərkəzin yaradılması xarici siyasətimizin uğurudur"-RƏY
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Börqe Brende ilə görüşüb və Davos Forumunun ölkəmizdə qapalı regional mərkəzin yaradılması haqqında birgə qərar qəbul edilib. Dünyada dördüncü sənaye inqilabına səbəb olan bugünkü çağırışlar və imkanlar baxımından Azərbaycanda belə bir Mərkəzin yaradılması nə verəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib. O, bildirib ki, hər il keçirilən Davos İqtisadi Forumu həm iqtisadi inkişaf, həm də siyasi cəhətdən önəmli ölkələrin forumudur:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu forumda iştirak etməsi ölkəmizin iqtisadi-siyasi gücünün yüksək olduğunun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Börqe Brende ilə görüşü və təkliflər verməsi göstərir ki, Azərbaycan Cənubi Qafqazda dünyanın diqqət mərkəzindədir. Burada dünya üzrə qlobal iqtisadi əhəmiyyətli bir mərkəzin yaradılması Azərbaycanın xarici siyasətinin bir uğuru kimi dəyərləndirmək olar. Həqiqətən də Azərbaycanda ümumi daxili məhsulun artması həmçinin xarici iqtisadi əlaqələrdə daha sürətlə inkişaf etməsi Davosda iştirak edənlərin diqqətini Azərbaycana yönəldir. Bunu Azərbaycan Prezidentinin xarici siyasətinin bir uğuru kimi dəyərləndirmək olar. Təbii ki, qeyd etdiyiniz mərkəzin Azərbaycanda açılması ölkəmizə daha çox investisiyaların cəlb olunmasına və dünya iqtisadi reytinqində daha da öncül yerlərlərə gələcəyinə zəmin yaradır. Eyni zamanda bu, Azərbaycanın iqtisadi inkişafının və Avropada siyasi cəhətdən nüfuzunun artması deməkdir .Azərbaycan üçün təhlükəsizlik qarantıdır. Çünki Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün ən ağrılı bir məsələdir. Məhz Azərbaycana Davos Forumunda bu kimi təkliflərin verilməsi həqiqətən böyük uğurdur. Dünya görür ki, Azərbaycan həqiqətən də əlverişli bir ölkədir və Azərbaycanla iqtisadi, siyasi əməkdaşlıq digər Cənubi Qafqaz ölkələrindən daha da fərqlənir. Azərbaycan bu ölkələr üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir. Hesab edirəm ki, Davos Forumu digər illərdən fərqli olaraq Azərbaycan üçün bu il daha da düşərli oldu. Bu onu göstərir ki, Azərbaycan bu illər ərzində doğru iqtisadi-siyasi siyasət aparıb".
Fəridə Ağazadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO