Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: "Məni buraxın gedim..." - VİDEO

Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: "Məni buraxın gedim..." - VİDEOSonxeber.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1974-cü il təvəllüdlü Hüseynova Şərqiyə Musa qızı öz həyat hekayəsini danışıb.

Hüseynova Şərqiyə Musa qızı - Məhkum (18 il): "Ailədə 6 uşaq olmuşuq. Qardaşımın biri vəfat edib. Həyat yoldaşım bir neçə il Rusiyada olub. Mən də göyərti satıb uşaqlarımı böyütmüşəm. Yoldaşım gələndən sonra avtobusda işlədi, sonra Türkiyəyə getdi.

Oğlum ailə qurduqdan sonra Bakıda yaşamaq istədilər, gəldilər Bakıya. Dedim kənddə yaşayaq, dedi ki, yox, qız Bakıda qalmaq istəyir. Mən kənddə qaldım, atamgilin mal-qarasını bəsləyirdim. Sonra oğlum gəldi dedi ki, gedək Bakıya, bizimlə yaşa.

Gəldim gördüm ki, oğlum 200 manata kirayə qalır. Qazandığı pul heç yeməyimizə kifayət etmirdi. Bir gün çiməndə gəlinim gəldi, dedi ki, səni özüm çimizdirəcəm. Suyu açdı az qalmışdım boğulum.

Sonra gəldim, dedim uşağı ver oynadım. Mənə dedi ki, sən uşaq saxlamısan ki? Uşağı anam saxlayıb. Uşağı mənə vermədi oynatmağa. Başladıq uşağı çəkişdirməyə. Körpə qız uşağı əlimizdən düşdü, öldü. Gəlinim də uşağı götürüb qaçdı həyət boyu. Bükdüm uşağı gətirdim otaqda ağladım.

Gəlinə əsəbiləşdim, bir-iki sillə vurdum ki, sənə bu lazım idi, bunu istəyirdin? Məni kənddən buna görə gətirmişdiniz? Bu da yerdən daş götürdü vurdu başıma. Başımda izi də qalıb, yarıldı başım, qan üzümü-gözümü tutdu. Mən də daşı əlindən aldım onun başına vurdum. Bir dəfə vurdum, iki dəfə vurdum gördüm yıxıldı, özündən getdi. Qaçıb su gətirib üzünə vursam da ayılmadı.

Polislər məni götürüb gətirdilər bura. Uşaqlarım, qızımla oğlum epilepsiya xəstələridir. Bir qəpiyimiz də yoxdur. Yanıma gəlib-gedən də yoxdur. Mən burda pulsuz necə oturum? 18 il həbs cəzası veriblər, 4 ayım hələ bir neçə aydan sonra tamam olacaq.

Törətdiyim əmələ görə çox peşmanam, məni bağışlayın. O, mənim can-ciyərim idi, o qızı mən oğluma almışdım. Qızımı yad oğlana ərə vermişdim, oğluma da qohum aldım ki, heç olmasa bir dənə də qohumum olsun. Bu da mənim başıma belə oyun açdı.

Hərdən özümü pis hiss edirəm, iynələr vurulur, özümdə olmuram, torpaq yeyirəm, murdar yerdən su içirəm. Arzum odur ki, məni buraxsınlar, günahımı bağışlasınlar gedim müalicə olunum.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6300   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021