DİQQƏT! Bu qaydaları pozanlar 400 AZN cərimələnəcək

DİQQƏT! Bu qaydaları pozanlar 400 AZN cərimələnəcəkAzərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru" verilişi maraqlı süjet hazırlayıb.

Osman İsmayılov – Supermarket nümayəndəsi: "Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa, enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq".

Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.

18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:

Satıcı: "Mən hardan bilim, onun 18 yaşı olmayıb?"

Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?

Satıcı: "Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var".

Eyyub Hüseynov – AİB sədri: "18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir.

Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar".

Sakin: "Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar".

Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.

Mətanət Cəfərova – Həkim: "Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda, həmçinin yeniyetmələrdə də ani psixozlara, nevroloji pozuntulara, depresiyalara səbəb ola bilər".

Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.

Vüqar Səfərli – Hüquqşünas: "İnzibati Xətalar Məcəlləsində müvafiq olaraq inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər, hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər cərimə oluna bilərlər".
Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8402   Tarix: 29 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Hərbi qulluqçunun vəzifələri artırılır

Hərbi qulluqçunun vəzifələri artırılır. APA-nın xəbərinə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasın

7 may
.

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövdələşməsi – ARAŞDIRMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti ilə 70 00 manatlıq satınalma müqaviləsi bağlayacaq. xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi" qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 00 nüsx

8 may
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may
.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may