"Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik" - Elnur aparıcıları tənqid etdi

"Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik" - Elnur aparıcıları tənqid etdi"Vaqif Gərayzadənin tələbələri hazırda ölkənin əsas müğənniləridir. Hərəmizə bir mahnı oxutdururdu və bilirdi ki, oxuyan adam nəyə qadirdir. Ancaq bizdən sonrakı qruplar səhnə üçün yaranmadı".

Axşam.az xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında müğənni Elnur Məmmədov deyib.

Sənətçi efirlərdən uzaq gəzməsinə aydınlıq gətirib:

"İki il sonra ilk dəfə verilişə çıxmışam. Efir var ki, efirə çıxaq? Öz evimdə istəmirəmsə, ailəm o kanala baxsın, ora çıxaram? Heç vaxt! Nümunəvi bir şey görmürəm. Ancaq bir-birini sındırır, qırır, tənqid edir, təhqir edirlər. Bundan başqa heç nə görmürük. Heç vaxt qalmaqalım olmayıb. Mənə söz atanlara belə cavab verməmişəm. Üç il olar ki, maqazin verilişlərinə, 10 il olar ki, sayt, qəzet və jurnallara müsahibə vermirəm. İki ildir heç bir konsertə getmirəm. Ancaq əsgərlərə konsert verirəm. Canlı verilişlərə belə çıxmaq istəmirəm. Çünki 10-15 dəqiqə gecikmə ilə efirə gedir. Sözümüzü deyirik, lakin kəsib efirə istədikləri kimi verirlər. Müğənnini başqa cür təqdim edirlər. İnsanların gözündə bizi başqa cür formalaşdırırlar. Məsələn məni tək çağırırlar, başqasını cüt çağırırlar. Mənə hörmətlə yanaşırlar, təzə müğənniləri sındırırlar. Bu da mənə pis təsir edir. Ay bədbəxt, sənin qarşısındakı təzə efirə çıxsa da, sənin ondan fərqin yoxdur. Hamımız bir kəfənə bürünüb gedəcəyik".

O, Samir Bayramlının "Fəxri ad alan həmkarlarınızın uğuruna sevindiniz" sualına "Sevindim, amma hamısına yox" deyə, cavab verib.

E.Məmmədov ad çəkməsə də, bəzi sənətçiləri qəbul etmədiyini söyləyib:

"İkili oyunu sevmirəm. Şəxsi həyatda necəyəmsə, işimdə də eləyəm. Bir dəfə yaşayıramsa, kişi kimi yaşamalıyam. Həyatdakı ən böyük qazancım mənliyimdir. Şəxsiyyətini qəbul etmədiyim insan var ki, sənətini sevirəm. Ancaq Azərbaycanda bir çoxlarının sevdiyi müğənni var ki, insanlığı məni qane etmədiyi üçün sənətini də özümə yaxın tuta bilmirəm. Mənim üçün əsas qürur, mənlik və tərbiyədir. Bu yoxdursa, istəyir dəhşətli sənətin olsun, yaşın da yüksək olsun fərqi yoxdur".

Müğənni konsert verməməyinin səbəbini isə belə izah edib:

"Konsertə mənə dəvətnamə verəndə qəbul etmirəm, onu qaytarıb, özüm gedib bilet alıram. İndi konsert vermək çox asandır. Gedib İcra Hakimiyyətinə deyəcəm ki, konsertimə filan məktəblərin direktorları, filankəslər gəlsin. Milləti ora dolduracam, hamı da deyəcək ki, anşlaqla konsert keçdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6464   Tarix: 12 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021