Prezident Küveytin Baş naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirilib və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edilib.
Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulanıb, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirilib.
15:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO