Ekspert: "TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik olacaq" - ŞƏRH

Ekspert: "TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik olacaq" - ŞƏRHAzərbaycanın karbohidrojen ehtiyatlarının dünya bazarına çatdırılması yönündə bir sıra iri layihələr həyata keçirilib. Bunlardan biri də Cənub Qaz Dəhlizinin vacib elementi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) istifadəyə verilməsidir.

Ümumiyyətlə, TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hansı rola malikdir və ölkəmizə hansı dividendlər vəd edir?

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bununla bağlı "Report"a verdiyi açıqlamada Avropanın enerji asılılığının azaldılmasında TANAP-ın xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb.

O deyib ki, Avropa ehtiyacları üçün xüsusilə Rusiya və ABŞ-dan aldığı qaz və digər enerji məhsullarının diversifikasiyasını, yəni çoxşaxəliliyini həyata keçirməkdə maraqlıdır: "Bu mənada TANAP-la Avropaya çatacaq qaz həmin regionun enerji təhlükəsizliyinin təmin olunması üçün idxalın diversifikasiyası baxımından xüsusi rola malik olacaq. Bu, həm də kəmərə bağlı olan ölkələr arasında regional əməkdaşlıq zənciri formalaşdıracaq".

Kəmərin rentabellik məsələsinə toxunan ekspert yaxın on ildə təkcə qaz idxalından ölkəyə 100 milyard ABŞ dollarınadək gəlir gələcəyinə işarə edib: "İlk illərdə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulur: "Onun 6 milyardı Türkiyənin payına düşür ki, o, bunun müəyyən hissəsini artıq almağa başlayıb. Digər 10 milyard kubmetrin isə Yunanıstan üzərindən Avropa bazarına çıxarılması nəzərdə tutulur və bu rəqəmin sonrakı illərdə artacağı gözlənilir. Yəni bəzi hesablamalara görə, qarşıdakı 10 ildə təkcə qaz ixracından 100 milyard ABŞ dollarınadək gəlir əldə olunacaq. Bu da TANAP-ın birmənalı şəkildə rentabelli olacağı deməkdir".

Ekspert hesab edir ki, valyuta gəlirlərinin artması milli valyutanın məzənnəsinin məhkəmlənməsinə və sabitləşməsinə gətirib çıxaracaq.

Onun sözlərinə görə, manatın sabitliyinə nail olmaq demək olar, iqtisadi sabitliyi təmin etmək anlamına gəlir: "Artan ixracın gətirdiyi valyuta gəlirləri artıq dövlət maliyyəsi kimi formalaşacaq. Həmin büdcə ayırmaları isə regionların Sosial-İqtisadi İnkişaf proqramlarının reallaşmasında, qeyri-neft sektorunun inkişafında, yüksək texnoloji sahələrin yaradılmasında və inkişafında müstəsna əhəmiyyət kəsb edir. Bu da nəticə etibarı ilə Azərbaycanın kumulyativ iqtisadi göstərici olan ümumi daxili məhsulun davamlı və təminatlı artımına müsbət təsir edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1331   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI

Azərbaycan dünya pasportlarının reytinq cədvəlində 58-ci yerdə qərarlaşıb. -in məlumatına görə, hazırda Azərbaycan vətəndaşları 40-a yaxın ölkəyə vuizasız gedə bilərlər. 46 ölkədə isə viza gəldikdən sonra əldə edilə bilər. 155 ölkədə isə viza öncədən tələb olunur. "Ölkədən getmək, ölkəyə gəlmə

10 may
.

YAP parlament seçkilərinə hazırlaşır - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. report-a istinadən xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10 may
.

"WhatsApp"da daha bir yenilik

"WhatsApp" mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək. Qeyd olunub ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsil

9 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum edib yaraladılar - Video

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdən də aydın olur ki, gündüz saatlarında bir neçə it küçədə yolu gedən qadın

10 may
.

Prezident Füzuliyə gedib, açılışlarda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmi

10 may
.

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsi

10 may
.

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ/FOTO

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək. xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərə

10 may
.

Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı

Kürdəmirdə beş yaşlı uşaq yaşayış binasının dördüncü mərtəbəsindən yıxılıb. "Report"un xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib. Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb

9 may