"Erməni sərhədçilərinin rüşvətxorluq amili Ermənistanda virusun yayılmasına səbəb ola bilər" - Politoloq RƏYİ

"Erməni sərhədçilərinin rüşvətxorluq amili Ermənistanda virusun yayılmasına səbəb ola bilər" - Politoloq RƏYİErmənistan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində Gürcüstanla sərhədi bağlamağa hələ ehtiyac görmür.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, sərhədlərin bağlanmasına zərurət yaranan zaman bu məsələ müzakirə olunacaq: "Biz hələ bu vəziyyətə çatmamışıq. Təhlükəsizlik baxımından bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, sərhədi bağlayarıq". Nəzərə çatdıraq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Maraqlıdır, koronavirus kimi təhlükəli bir xəstəliyin yayıldığı dövrdə, Ermənistanın İranla bəhanə kimi sərhədi bağlayıb, bunun əksinə Gürcüstanla sərhədi bağlamamasına səbəb nədir?

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Mübariz Əhmədoğlu Ermənistanın İranla sərhədini koronavirusdan qorunmaq üçün bağlamasını bəhanə kimi, Gürcüstanla sərhəddini açıq saxlamasını isə strateji çıxış nöqtəsi kimi dəyərləndirib:

"Ermənistanda bu gün hər şey siyasiləşib. Yəni, Ermənistanın İranla sərhədini koronavirusdan qorunması üçün bağlaması bəhanədir. Əgər Avropanın, Amerikanın gözü qarşısında Ermənistan İranla sərhəddi bağlamasaydı, bunun izahını verə bilməzdi. Ona görə düşünürəm ki, burda koronavirus faktorundan çox siyasi faktor var.

Gürcüstanda da hazırda koronavirus halı aşkarlanıb. Ermənistan isə İranla müqayisədə Gürcüstanla sərhədi bağlamaq istəmir. Bu Ermənistanın siyasəti deməkdir. Çünki bağlasa, bütün dünyaya çıxış yolu bağlanacaq. Həm də Ermənistanın bu addımı atması, yəni Ermənistanın Gürcüstanla İranı bərabər tutması Qərb dövlətlərinin acığına gələ bilər. Bu baxımdan koronavirusa münasibətin siyasi olduğunu düşünürəm.

Politoloq Gürcüstanın özünün də sözügedən məsələyə münasibətinin siyasi olduğunu açıqlayıb:

"Təxminən İran qədər İtaliyada da koronavirus halı aşkarlanıb. Buna baxmayaraq, İtaliyaya Gürcüstanın hava yollarından təyyarə uçuşları davam edir. Bu gün Gürcüstanda 2-ci koronavirus halı da aşkarlanıb. Həmin şəxs məhz İtaliyadan gələn gürcü vətəndaşında qeydə alınıb".

Ermənistan və İran arasında həm hava, həm quru yolları bağlı olduğunu deyən politoloq yalnız əvvəlcədən sərhədi keçmək üçün sənədlə icazə verilmiş yük maşınlarının Ermənistan-İran sərhədindən keçə biləcəyini vurğulayıb. Mübariz Əhmədoğlu həmçinin erməni sərhədçilərinin rüşvətxorluq amilinin məhz virusun yayılmasında rol ala biləcəyini də bildirib:

"Əgər İrandan Ermənistan vətəndaşı gəlirsə, o Ermənistanın İrandakı səfirliyinə müraciət etməli, orda qeydə alınmalıdır. Hazırda Ermənistanın İrandakı səfirliyində 65 nəfər ermənistanlı vətəndaş qeydiyyatdadır. Onları Ermənistana göndərəcəklər. Burda ayrı bir məsələ də var. Gürcüstan Ermənistanda rüşvətin geniş yayıldığını bilir. Ermənistan sərhədçiləri rüşvətxordur. Əgər sərhədçilər İrandan gələn vətəndaşlardan pul alıb ölkəyə buraxsalar, Gürcüstan Ermənistanla sərhədi dərhal bağlayacaq. Ermənistan üçün əslində bu siyasi parametrdir. Hadisələrin gedişindən demək olar ki, Ermənistan hər tərəfdən sıxılır. Ermənistan həm Rusiya tərəfdən, həm də Amerika tərəfdən də müəyyən sillələr alır, İranla isə sərhəddi bağlıdır.

Ermənistan elə bir vaxt gələ bilər ki, yalnız Azərbaycandan asılı olacağını başa düşməlidir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3532   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel