Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO

Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTOQatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftə sonu başa çatdırılacaq.

Bununla yanaşı, gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün ən azı 3 dəfə olmaqla, stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

"Bakı Metropoliteni" QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq, sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə, Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

"Bakı Metropoliteni" QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

"Bakı Metropoliteni" QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTOBakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTOBakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTOBakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2585   Tarix: 13 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr