"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri xüsusi iş rejimində işləyəcək
"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 19-dək məhdudlaşdırılır.
Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 "Çağrı" mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti "ASAN xidmət" mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəklər.
15-19 mart tarixlərinə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
Bundan əlavə, vətəndaşlara "Elektron hökumət" portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar
Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
Səhər yeməyini ötürsək nə baş verər?
"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
Nazirdən iki təyinat
Pul boşa gedir: Bu beş smartfonu alanlar peşman olur
"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
Ölkə başçısının növbəti humanist addımı
Həyat yoldaşına qaraciyərini bağışladı: "Canım idi, ciyərim oldu"
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər
Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı - Açıqlama - Fotolar