Çin iqtisadiyyatını dirçəltmək üçün bu addımı atacaq
Çində 2,5 günlük həftəsonu tətilinin tətbiqinə başlanılacaq.
Yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etmək, bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2,5 günlük həftəsonu tətili tətbiq ediləcək.
Ciansu vilayəti hökuməti istehlakın təşviqi məqsədilə plan da hazırlayıb. Bura bəzi turizm məkanlarına biletlərin qiymətində 50 faizlik endirimlərin tətbiqi, habelə müxtəlif təşkilatlar və şirkətlərin öz işçilərinə pulsuz səyahət vauçerləri verməsi də aiddir.
Vilayət hökumətinin açıqlamasında qeyd olunur ki, 2,5 günlük həftəsonu tətili işçilərə qısa müddətə səyahətə getməyə imkan yaradır. Bu da öz növbəsində turizm sektorunda istehlakın stimullaşdırılmasına, nəticə etibarı ilə iqtisadiyyatın canlanmasına şərait yaradacaq.
Cıcian və Qansu vilayətlərinin rəhbərliyi də 2,5 günlük həftəsonu tətilinin iqtisadiyyatın dirçəlişinə dəstək olacağını düşünür.
Qeyd edək ki, Çin ictimaiyyətində, xüsusən də sosial şəbəkələrdə xeyli vaxtdır 2,5 günlük həftəsonu tətilinin tətbiqi ilə bağlı müzakirələr aparılırdı. COVID-19 infeksiyasının yayılması ölkədəki müəssisələrin, o cümlədən turizm və iaşə obyektlərinin, ticarət mərkəzlərinin böyük əksəriyyətinin bağlanmasına, nəticədə turizm və nəqliyyat da daxil olmaqla bir çox sektorda tənəzzülə səbəb olmuşdu. Son günlər Çində epidemioloji vəziyyətin yaxşılaşmasından yararlanan hökumət müxtəlif addımlarla iqtisadiyyatın dirçəlişinə dəstək verməyə çalışırlar.
Çin Turizm Akademiyasının hesabatına əsasən, ilin ilk rübündə daxili turizm dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70, bütün il üçün isə 20,6 faiz azalmaq qeydə alınacaq. AZƏRTAC
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
"Kənddən şəhərə" yarmarkaları müvəqqəti dayandırıldı
"Kənddən şəhərə" yarmarkaları müvəqqəti dayandırılıb.. . Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Mətbuat katibi Mayis Musayev məlumat verib.. . Onun sözlərinə görə, paytaxtın müxtəlif hissələrində təşkil olunan "Kənddə
24 mart 2020Maliyyə naziri koronavirusla bağlı ƏMR İMZALADI
Maliyyə naziri Samir Şərifov koronavirus infeksiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.. . Sonxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə əmrdə bildirilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.. . Qey
24 mart 2020Mağaza və apteklərin fəaliyyəti məhdudlaşdırılmayıb-NAZİRLİK AÇIQLADI
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanların olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bir ay müddətinə dayandırılıb.
24 mart 2020Dünya iqtisadiyyatı durğunluğa daxil olur - PROQNOZ
Dünya iqtisadiyyatı bu il durğunluğa daxil olacaq.. . Bu proqnozu "Standart ənd Poərs" şirkəti verib.. . Şirkət qlobal durğunluq dönəmində dünyanın ümumdaxili məhsulunun artımının 1%-1,5% təşkil edəcəyini bildirib. Hesabatda qeyd edilib ki, koronavirusun dünya iqtisadiyyatına martın əvvəlind
19 mart 2020Elman Rüstəmov devalvasiyadan DANIŞDI
Devalvasiya ilə bağlı qorxu yoxdur. Bu məsələ müzakirə belə olunmur.. . Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin "Mir Şahin vaxtı" verilişinə müsahibəsində deyib.. . O bildirib ki, bu gün əsas müzakirə mövzusu bankların vətəndaşlara texniki baxımda
16 mart 2020Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,69 ABŞ dolları, yaxud 10,2% azalıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 32,35 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"
13 mart 2020Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 1,18% azalıb.. . "Azeri Light" markalı neftin bir barelinin qiyməti 36,04 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-c
12 mart 2020