Hərbi xidmətini başa vurmuş əsgərlər BU TARİXDƏ EVƏ BURAXILACAQ - RƏSMİ
Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən Sonxeber.az-a daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir. Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə gəlincə isə bildiririk ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.
Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3317 Tarix: 31 mart 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO
İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili
25 aprelLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprelBiləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır
25 aprelİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprelİrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin
25 aprelBakıda mənzildə qadın meyiti aşkarlanıb
Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır
25 aprel