Ekspert: "Bütün avtobuslarda sosial məsafənin saxlanılması mütləqdir"
İctimai nəqliyyat sektorunda koronavirusun yayılması əleyhinə tətbirlər davam etdirilir. Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən sərnişinlərə avtobuslarda sosial məsafəni gözləmələri və yalnız zəruri olduğu halda ictimai nəqliyyatdan istifadə etmələri ilə bağlı çağırışlar edilib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Qaynarinfo-ya açıqlamasıda bildirib ki, sərnişinlərin bu çağırışlara laqeyd yanaşması xoşagəlməz hallara yol aça bilər:
"Koronavirusun yayılması əleyhinə tədbirlərin tərkib hissəsi olaraq BNA tərəfindən metro xətlərinə uyğun eskpres marşrut xətləri istifadəyə verilib. Eyni zamanda avtobuslar dezinfeksiya edilib və bütün avtobuslara dezinfeksiya edici avadanlıqlar quraşdırılıb. Sərnişinlərə zərurət olmadığı halda evdən çıxmamaları ilə bağlı xəbərdarlıq bildirilib. Vətəndaşlar düşünməlidir ki, bir nəfərin prosesə laqeyd yanaşması digərlərinin də virusa yoluxmasına və vəziyyətin pisləşməsinə səbəb ola bilər. BNA dayanma-durma qaydaları ilə bağlı cərimələri də ləğv edib. Avtobuslarda oturacaq yerlərinin yarısında sərnişinlər arasında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub. Oxşar kampaniya Türkiyədə də başladılmışdı. BNA tərəfindən də tətbiq edilir. Hələ ki, bu kampaniyanın yalnız "Bakubus" avtobuslarında olduğunu bilirəm. Düşünürəm ki, digər avtobuslarda da buna riayət edilməsi yaxşı olar. Sərnişinlər də vəziyyətin ciddiliyinin fərqinə varıb deyilənlərə əməl etməli, zərurət olmazsa evdən çıxmamalıdır. Əks halda acınacaqlı hallar ortaya çıxa bilər. Avtobuslarda sərnişin sıxlığını azaltmaq üçün hələ ki, tam sərt və icbari tətbiqlər etmək olmur. Çünki bizdə hələ vəziyyət digər ölkələrdə olduğu qədər acınacaqlı deyil. İnsanlarımız işə gedir, ictimai nəqliyyatdan istifadə edir. Lakin sərnişinlər elan edilən çağırışlara laqeyd yanaşsalar çox gümün digər zəruri qaydalar tətbiq ediləcək. Odur ki, vətəndaşlar özləri hökumət tərəfindən edilmiş sosial çağırışlara uyğun davranmalı və tətbiq olunan qaydalara riayət etməlidir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 663 Tarix: 02 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu şəxslər 15 ilədək azadlıqdan məhrum edilə bilər
Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər. -ın "Report"a istinadən məlumatına görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsində təklif olunan dəyişiklikd
7 oktyabrNaxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib
Zamiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib. xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılıb. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, Z.Əliyev 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədri vəzifəsində çalışı
8 oktyabrBakıda şirkət işçisi özünü öldürdü
Bakıda oktyabrın 4-ü özünü binadan atan qadın müalicə aldığı xəstəxanada vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Nərimanov rayonu, Əliyar Əliyev, 1 ünvanında baş verib. Məlumata görə, canına qəsd edən 25 yaşlı Aişə Şıxbabayeva şirkətlərin birində qeydiyyatçı vəzifəsində çalışırmış
8 oktyabrBütün tələbələrin nəzərinə! Oktyabrın 15-dən etibarən...
Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək. xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib. Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək. "Vahid tələbə kartı oktyabrn 15-dən etibarən Azərbayca
8 oktyabrLeyla Əliyeva Qocalar evində - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qocalar evində olub. Axşam.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı instaqram hesabında fotolar paylaşıb. Həmin fotoları təqdim edirik:
8 oktyabrƏqrəb sancmasından ölən müəllimin - Fotoları
Xəbər verdiyimiz kimi, Göygöldə 49 yaşlı müəllim əqrəb sancması nəticəsində zəhərlənərək vəfat edib. Belə ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Adil Məmmədovu sentyabrın əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb
8 oktyabr"Facebook"un qurucusu Mark Zukerberq nə sürür?
"Facebook"un qurucusu Mark Zukerberq darıxdırıcı və robotlaşdırılmış obrazına görə illərdir ki, məsxərəyə qoyulur. Lakin bu yaxınlarda milyarder ictimai imicinə tamamilə yenidən baxmaq vəzifəsini qarşısına qoyub. Hər şey onun qarışıq döyüş sənətlərinə və fitnesə marağı ilə başlasa da, Zukerber
7 oktyabr