Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMA

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMAÖlkədə Koronavirus epidemiyası ilə bağlı elan olunan karantin rejimi cəmiyyətin həyatında müəyyən mənada durğunluq yaradıb. Bir çox qurumlar fəaliyyətini qismən və ya tamamilə məhdudlaşdırıb. Lakin bu vəziyyətdən istifadə edən işbazlar ortaya çıxır.

Müxtəlif istehlak məshullarının, tibbi ləvazimatların satışı ilə bağlı bəzi fürsətcillərin əməlləri ilə bağlı mütəmadi olaraq qanuni addımlar atılır. Karantin rejimindən istifadə edib neft kəmərlərinin mühafizə zolağında qanunsuz tikinti aparan bir qrup başqa işbazlar var.

Belə ki, martın 31-də "Azneft" İstehsalat Birliyinin Bibiheybət Neft-Qazçıxarma İdarəsinə neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış torpaq sahələrinin bir hissəsi 3 saylı NQÇİ-nin ərazisində Səbail rayonu Elçin Əzizov küçəsində Elxan İbrahim oğlu Əzizov tərəfindən zəbt edilərək tikinti işləri aparılıb. Araşdırma nəticəsində məlum olub ki, Elxan Əzizova dəfələrlə bununla bağlı xəbərdarlıq olunub, lakin, o, bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMAMartın 30-dan 31-nə keçə gecə isə evin dam örtüyünü tamamlayaraq əlaqədar qurumları fakt qarşısında qoyub. Belə ki, tamamlanmış fərdi yaşayış evlərinin sökülməsi əraziyə nəzarət edən qurumlar üçün əlavə problemlər və çətinliklər yaradır. Neft və qaz kəmərlərinin mühafizə zolağını zəbt edərək fərdi yaşayış evləri tikən sahibkarlar isə bunu çox yaxşı bilirlər və bundan da sui-istifadə edirlər. İndiki halda, bu, ölkə üzrə karantin rejiminin qüvvədə olduğu bir zamanda baş verib. Tikinti sökülsə də aprelin 1-də həmin şəxs yenidən onu bərpa etməyə başlayıb.

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMAQeyd edək ki, Nazirlər Kabinetinin "Təhlükə xarakterli təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 3.3-cü bəndinə görə quyulardan şəxsi tikililərə 300 metr mühafizə zolağı müəyyən olunub.
Lakin işbazlar bu qadağalardan hansısa üsullarla yan keçə bilirlər. Ərazilərin mühafizəsinə cavabdeh olan qurumlar isə qarşıdurma və gərginliyə yol vermədən öz səlahiyyətlərini icra etməyə çalışırlar. Nəticə isə göz qabağındadır. Neft və qaz kəmərlərinin, eləcə də neft quyularının mühafizə zolağında minlərlər ev tikilir.
Daha bir fakt: Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Salyan Şossesində yerləşən 3 saylı mədəninin ərazisində 3 488 saylı quyunun mühafizə zolağında İsmayılov Niyazi Müzəffər oğlu satmaq məqsədi ilə qanunsuz inşa olunmuş fərdi yaşayış evini yenidən bərpa edib. Müvafiq qurumların əməkdaşları tikintini dayandırmağı tələb etsə də Niyazi İsmayılov onları ağır şəkildə təhqir edib və tikintini dayandırmayacağını bildirib. Niyazi İsmayılovun qanunsuz əməlləri barədə mətbuatda da yazılıb.

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMAQeyd edək ki, sözügedən tikinti 13 mart 2020-ci il tarixdə və 17 mart 2020-ci ildə sökülmüşdü.
Xətai rayonu NZS qəsəbəsi Suleyman Əhmədov küçəsi 6 ünvanında isə Neft Emalı Zavodunun ətrafından keçən kəmərin 17 metrliyində köhnə tikilinin ikinci mərtəbəsinin tikintisinə başlanması müşahidə olunub. Evdə heç kim olmadığından tikilinin sahibini müəyyən etmək mümkün olmur.

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMANövbəti fakt: Buzovna-Ramana neft kəmərinin mühafizə zolağında (12-ci kilometr) biznes məqsədilə obyektin tikilməsi faktı aşkarlanıb. Aparılmış araşdırmalar zamanı tikintinin Mustafayev İlyas İsmayıl oğluna məxsus olduğu müəyyən edilib. Qeyd edək ki, qanunsuz tikinti apardığına görə Mustafayev İlyas İsmayıl oğlu haqqında məhkəmə iddiası qaldırılıb. Lakin bu da onu əməlindən çəkindirməyib.

Karantin rejmini "fürsətə" çevirən işbazlar - ARAŞDIRMAGöründüyü kimi, karantin rejimi dövlətin torpaqlarını qanunsuz olaraq mənimsəyən bəzi işbazlar üçün əsl "fürsətə" çevrilib. Onları dayandırmaq üçün isə konkret addımların atılması zərurəti yaranır. Çünki bu prosesin davam etməsi həm neft və qaz kəmərlərinin mühafizəsi, həm də bu evlərdə yaşayan insanların həyatı üçün çox ciddi təhlükə mənbəyi olaraq qalacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2120   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz

Araşdırmalar göstərir ki, yol qəzalarının əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, yenə də sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda d

10 may
.

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılovun polis əməkdaşları tərəfindən Xocalı rayon ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı iddiaları yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovu

10 may
.

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsi

10 may
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10 may
.

İşsiz və işaxtaranlara SEVİNDİRİCİ XƏBƏR - İyulun 1-dək...

Azərbaycanda işsiz və işaxtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq. report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsin

10 may
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10 may
.

Nazirlik Şərurlu İsfəndiyara cərimə yazdı - SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Axundov İsfəndiyar Məhəmməd oğluna (Şərurlu İsfəndiyar) cərimə yazıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb onun əmək qanunvericiliyini pozması iddiasıdır. Dövlət Xidməti daxil olan müraciə

10 may
.

"Sahil Babayev gələndə ümidlənmişdim, amma..." - Boks məşqçisi narazıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının (AFB) prezidenti seçildikdən sonra bu sahənin inkişafına ümidlər yaransa da, baş verənlər bunun əksini göstərir. Boks üzrə məşqçi Ramin Məmmədzadə Qaynarinfo-ya bildirib ki, hazırda Azərbaycan boksu inkişafa deyil

9 may
.

ATU-dan ŞİKAYƏT: "Apellyasiyaya verilən hər əsassız testə görə tələbənin yekun nəticəsindən bir bal silinəcək"

Tibb Universitetində oxuyan tələbələr imtahanöncəsi elan edilən yeni nizam-intizam qaydalarında yer alan bəzi bəndlərdən narazıdırlar. Bu barədə -a Azərbaycan Tibb Universitetində (ATU) oxuyan bir qrup tələbə tərəfindən göndərilən şikayətdə qeyd edilib. Tələbələr iddia ediblər ki, imtahanlara 15 gü

10 may