"Həbib bəy Səlimovun komandanlığı altında Azərbaycan ordusu Qarabağı erməni təcavüzkarlarından azad edib"-Tarixçi-alim

"Həbib bəy Səlimovun komandanlığı altında Azərbaycan ordusu Qarabağı erməni təcavüzkarlarından azad edib"-Tarixçi-alimFevralın 8-i görkəmli Azərbaycan sərkərdəsi Həbib bəy Səlimovun anadan olmasının 139-cu ildönümü olub.
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təşəkkül tapmasında misilsiz xidmətlər göstərmişdir. O, Cümhuriyyət Ordusunda Dəftərxana rəisi, Əlahiddə Azərbaycan Korpusunun Qərargah rəisi, Azərbaycan qoşunlarının Cənub qrupunun komandanı, Azərbaycan korpusunun Baş Qərargah rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifələrində çalışmışdır.
Həbib bəy Səlimov Bakının düşmən Bakı Soveti hakimiyyətindən azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunmuşdur. 1919-cu ilin yayında Həbib bəy Səlimovun başçılıq etdiyi hərbi birləşmə Muğan və Lənkəran bölgəsində Azərbaycan dövlətinin hakimiyyətini tam bərqərar etməyə nail olmuşdur. 1920-ci ilin aprelində isə Həbib bəy Səlimovun komandanlığı altında olan Azərbaycan qoşunları Qarabağı erməni təcavüzkarlarından azad etmişdir

Həbib bəy Səlimovun Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təşəkkül tapmasında misilsiz xidmətlər ilə bağlı tarixçi-alim Dilavər Əzmli Sonxeber.az-a danışıb:

"Biz Azərbaycan Cümhuriyyəti qurucularının irsinə yiyələnə bilmişikmi? Əlbəttə ki, yiyələnə bilməmişik. Soruşa bilərsiniz niyə? Ona görə ki, biz bu irsi oxumuruq. Bu irs Ali məktəblərdə tədris olunmur. Biz sadəcə onların adlarını bilirik. Amma anlaya bilmirik ki, onlar XX əsr dünya siyasətinin ən aparıcı simaları idilər. Biz Ali məktəblərdə Avropa, ABŞ siyasətçilərinin həyatlarını doğum gününə qədər öyrənirik amma özümüzünkülərdən xəbərimiz yoxdur. Bizim diplomatlar Əlimərdan Topçubaşovun diplomatik fəaliyyətindən, Məhəmmədəmin Rəsulzadə irsindən nə dərəcədə xəbərdardırlar? Belə insanlar sırasına Həbib bəy Səlimov da daxildir. Bu insan ziyalı ailəsində dünyaya göz açmış şərəfli bir nəslin nümayəndəsidir. Bu insanlar qanına qədər millətini sevən adamlar idi. Ona görə də onlar Azərbaycanda müstəqil dövlətin yaranmasını can-başla qarşıladılar. Belə şəxslərdən biri olan Həbib bəy Səlimov güclü hərbçi idi. Bizim hərbçilərdən hərbiyə aid kimləri soruşsanız, başlayacaqlar Jukovu, Konevi, Budyonnını misal çəkməyə. Onların Həbib bəy Səlimovdan xəbərləri varmı? Əliağa Şıxlınski üçlüyündən İtaliyada hərbi məktəblərdə dərslər keçirlər. Bizdə keçirlərmi? Həbib bəy Səlimov mahir hərbçi idi. Cümhuriyyətin ağır günlərində ön cəbhəyə getdi və onu elə-belə göndərmədilər. Çünki güclü hərbi istedada malik idi. O zaman Muğanda vəziyyət ağır idi. Eser, ağqvardiyaçılar, bolşeviklərlə birləşən ermənilər və molokanlar Muğanı viranə qoymuşdular. Bakı ilə əlaqə yox idi. Bunun öhdəsindən gəlmək üçün Cümhuriyyət rəhbərləri məhz Həbib bəy Səlimovu oraya göndərdi və o da öhdəsindən məharətlə gəldi. Muğan düşmənlərdən təmizləndi və vətənimizin həmişə olduğu kimi ayrılmaz hissəsinə çevrildi. Biz daha sonra Həbib bəy Səlimovu Qarabağda görürük, erməni gavurları və rus hərbi birlikləri ilə döyüşür. Bu gün bu cür insanları yad etməklə, həm də tövsiyyə edirik ki, onların irsini dərindən öyrənək. Onda bizim Vətən, Millət və Dövlətə sevgimiz daha da dərinləşəcəkdir. Məhz, bu Həbib bəy Səlimovlar məktəbi də Həzi Aslanov kimi sərkərdələri, eyni zamanda bu məktəb də öz növbəsində Mübariz İbrahimovları yetişdirdi. Bu genetik məktəbdir!".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 975   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021