Rövşanə ilə vəkil canlı efirdə dalaşdı — VİDEO

Rövşanə ilə vəkil canlı efirdə dalaşdı — VİDEOTeleaparıcı Rövşanə Ağasəfqızı vəkil Türkel Süleymanlını məhkəməyə verir. Buna səbəb vəkilin Rövşanə xanımın aparıcısı olduğu ARB-nin "Səhər-səhər" proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması və sonda "Tüpürüm sizin missiyanıza" ifadəsilə təhqir etməsi olub.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, R.Ağasəfqızı bu barədə "Elgizlə izlə" verişində danışıb:

"Türkel mərhum Xalq artisti Nuriyyə Əhmədovaya həsr etdiyim proqrama görə xoşagəlməz sözlər yazıb, "Tüpürüm missiyanıza" yazaraq məni və proqramımı təhqir edib. Məhkəməyə verəcəm. Mən bir Xalq artistinin həyatını göz önünə qoymuşam. Tanınmış xanımdır, həyatı, evsizliyi göz önündə olub. Dəfələrlə təmənnasız efirimdə qonaq olub, bir dəfə xahişini yerinə yetirməmişəm, hayıf çıxır. Oturub verilişimi sona kimi izləyib, səhv axtarır. Nuriyyə xanıma belə etdin, elə etdin... Onun ağrısı sənə qaldı?"

Proqrama zəng edən T.Süleymanlı "Onunla bir düşmənçiliyim yoxdur. Veriliş barədə tamaşaçı kimi fikir bildirmişəm. Şəxsi yazışmamızı götürüb feysbukda paylaşıb və qanun pozub. Onunla dava etmirəm. Nuriyyə Əhmədovaya böyük hörmətim var. Bir şəxsi amili, ailə sirri qalmadı. Hər şeyini açıb göstərdi. O, təmiz insan olub. İnsanın xatirəsinə hörmət edirsənsə, yaxşı danış. Buna fikir bildirmişəm".
T.Süleymanlının 5 apreldə yazdığı statusu təqdim edirik:

"Deməli, efirdə rəhmətlik Nuriyyə Əhmədovadan danışırlar. Aparıcı Rövşanə Ağasəfqızı deyir ki, nahaq Nuriyyə (yəni iş yoldaşlarına yol pulu olmadığını deməyəndə) artıq qürur göstərirdi. Rövşanə, artıq qürur olmur! Qürur ya var, ya yoxdu...
Efirin axırında da lap ürəyim bulandı. Rövşanə deyir ki, bu nə deməkdir, Nuriyyə, prezident təqaüdü alırdın, nə evin var, nə nə geyimin.
Ölənlərin dalınca danışmaqla reytinq yığırsan. Lap gözümdən düşdün. Əlbəttə, yazıq Nuriyyə, sən də indikilərin bir çoxu kimi sənətinlə yaşayıb qürurlu olmasaydın, çalıb-oynasaydın, indi Rövşanə sənə hörmət edərdi...
Verilişin axırında da Rövşanə deyir ki, bu gün biz missiyamızı yerinə yetirdik, Nuriyyə xanımı xatırladıq. Başqan-ayağa dedi-qodu etdin, rəhmətliyə irad tutdun ki, niyə məğrur idi, çalışdın ki, qonaqlardan hansısa intim sirlərini alasan. Tüpürəsən belə missiyaya!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2381   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel